Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı

Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı Xərçəngin yaranmasının yeni səbəbləri açıqlandı
Beynəlxalq alimlər qrupu bədxassəli şişlərin yaranma səbəblərini müəyyən etmək üçün xərçəng hüceyrələrinin DNT-ni ətraflı tədqiq ediblər.
"Science Alert" nəşrində yerləşdirilən press-relizə əsasən, mütəxəssislər xəstəliyin inkişafına təkan verən yeni mexanizmləri və genetik mutasiyaları müəyyən ediblər.
Genetiklər 2,8 min xəstədə 38 növ xərçəngin genomunu sekvensiya ediblər  (nukleotidlərin ardıcıllığı müəyyənləşdirilib). Məlum olub ki, xəstəliyin yaranmasına 80 faizi yaşla bağlı olan genetik mutasiyaların minlərlə müxtəlif kombinasiyaları, digər hallarda isə irsiyyət və həyat tərzi səbəb olur. Eyni zamanda, bəzi xərçəng növləri orqanizmdə diaqnoz qoyulmamışdan on illərlə əvvəl inkişaf etməyə başlayır.
Alimlər xəstələrin beş faizində xərçəngə gətirib çıxaran məlum mutasiyaları aşkar etməyiblər ki, bu da şişlərin hələ də məlum olmayan genetik səbəblərindən xəbər verir. Eyni zamanda, xərçəngin müxtəlif formalarının, məsələn, süd və prostat vəzilərinin bədxassəli şişlərinin oxşar inkişaf mexanizmləri ola bilər, bu da göstərir ki, onları bənzər üsulla müalicə etmək olar.
Nəticələrə əsasən, genetik analiz müntəzəm diaqnoz vasitəsilə müəyyən edilə bilməyən xərçəng şişlərinin beş faizini aşkar etməyə kömək edir. O, həmçinin səhv diaqnozu müəyyən etməyə imkan verir.
Alimlərin sözlərinə görə, əgər sağlam orqanlarda qocaldıqca təsir göstərən qüvvələri, həmçinin mutasiyaların toplanmasına səbəb olan amilləri və bu proseslərdə həyat tərzinin rolunu anlamaq mümkün olarsa, onda sağalmayan xərçəng xəstəliklərinin yaranmasının qarşısını alan və ya ləngidən erkən müdaxilə üsullarını işləyib hazırlamaq mümkün olar. /oxu.az

Maraqlı       Tarix: 09 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 valyuta mezennesi xeberler bugun xeber.az 2026