Xəyal Bəşirov: "ABŞ-ni böyük şeytan adlandıran İran, şeytanın Ermənistan ərazisində at oynatmasına göz yumur"

Xəyal Bəşirov: Maraqların toqquşduğu Cənubi Qafqazda geosiyasi vəziyyət əvvəlki kimi deyil. Rusiyanın regiondan sıxışdırılması prosesi başlayıb. Qərbin əlində alətə çevrilən Ermənistan üzərinə götürdüyü öhdəliklri yerinə yetirməkdə davam edir. Eyni zamanda iki stulda oturan Paşinyan bunun hansı nəticələrə səbəb olacağının fərqində deyil. Amerikanı Cənubi Qafqaza soxmağa çalışan Ermənistan region dövlətlərinin marağını nəzərə almır. Bu, daha çox İranın maraqlarına qarşıdır.
KONKRET.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, regionda İranın maraqlarına zidd olan proseslər müşahidə olunsa da İran hələ ki, susur:
"Azərbaycan 44 günlük müharibədə təkcə  öz ərazilərini azad etməyib. Azərbaycan həm də  Cənubi Qafqazda islam dəyərlərini, müsəlman dünyasının müqəddəs məkanlarının təhqir olunmasına son qoyub. 67 məscidimizin 65-i yerlə yeksan edilmişdi və qalan məscidlərdə qoyun, donuz, inək saxlayırdılar. Hər gün müqəddəs məkanlarımız təhqir edilirdi. Bütün bunlar İslam dünyasına qarşı cinayət idi.  Həmin cinayətlərin qarşısını almaq üçün bütün islam dünyası, o cümlədən İran bu prosesdə mövqe ortaya qoymalıydı. Mövqe ortaya qoymaq bir tərəfə, Azərbaycanın formalaşdırdığı yeni reallıqların fonunda Ermənistana dəstək nümaiş etdirildi. Tehran rejiminin  Ermənistan-İran sərhədlərini özünün qırmızı xətti hesab etməsi xoşagəlməz hal idi. İndi bunlar arxada qaldı və Azərbaycan bütün dünyaya, o cümlədən də qonşu dölətlərə  göstərdi ki, oun qırmızı xətləri nədir, onun prinsipial və qətyiyyətli mövqeyi nədən ibarətdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı heç kim mövqe ortaya qoya bilməz. Biz bu mərhələni indi arxada qoymuşuq".
Daha sonra siyasi ekspert böyük dövlətlərin Ermənistandan istifadə etməyinə toxundu və bildirdi ki, İrəvan dünya güclərinin əlində oyuncağa çevrilib: "Ermənistan öz ərazisini dünyanın ayrı-ayrı regionlarında qarşıdurmada olan qüvvələrin plazdarmına çevrir. Bu cür siyasət Paşinyanın buraxdığı ən böyük səhvdir. ABŞ-ni böyük şeytan adlandıran İran, şeytanın Ermənistan ərazisində at oynatmasını, hərbi təlimlər keçirməsini yaxşı görür. Ancaq özünü elə aparır ki sanki görmür. Çox güman ki, bu növbəti oyunun tərkib hissəsidir. Əgər İran ABŞ-ilə müharibə vəziyyətindədirsə, Amerikanın sanksiyalarına qarşı mübarizə aparırsa və  Amerikanı özünün ən böyük düşməni hesab edirsə onun sərhədlərinə yaxınlaşmasına bu şəkildə yanaşmamalıdır. Ən azından İran buna öz mövqeyini  bildirməlidir. Əgər bildirmirsə burada hər hansı növbəti gizli oyunun konturları var".
Zəngəzur dəhlizi məsələsinə toxunan Xəyal Bəşirov qeyd edib ki, dəhliz bütün hallarda açılacaq:
"Bunu Azərbaycan tərəfi dəfələrlə bildirib. Zəngəzur dəhlizinə İranın və digər qüvvələrin qarşı çıxmasından asılı olmayaraq bu gün dünya Zəngəzur dəhlizini dəstəkləyir. Dünyanın mütləq əksəriyyəti bu layihənin tərəfdarıdır. Proyektə qarşı olan İran əslində, Zəngəzur dəhlizinin alternativi kimi öz ərazisindən yolun keçməsinə razılıq verib. Bu gün həmin alternativ yolun tikintisi prosesi davam edir. Əgər dəhliz Ermənistan ərazisindən keçəcəksə, bundan İran hər hansı iqtisadi dvident əldə edə bilməyəcək. İran daha çox iqtisadi nöqteyi nəzərdən buna qarşı çıxır. Amma bunu başqa formada ifadə edib, İran-Ermənistan sərhəddini özlərinin qırmızı xətti adlandıraraq diqqəti fərqli istiqamətə yönəldirdilər. Amma sadəcə olaraq  bunun arxasında iqtisadi maraqlar dayanır. Zəngəzur dəhlizi açılacağı təqdirdə bu, heç kimin ərazi bütövlüyünə, heç kimin sərhədlərinə təhlükə yaratmır. Əksinə, Zəngəzur dəhlizi iqtisadi layihədir və reallaşması hər bir halda həmin ərazini təhlükəsiz regiona çevirəcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 24 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xəbər az son xabarlar sonxəbər