Xəzər Siyasət Mərkəzi Vaşinqtonda V Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib - VİDEO

Xəzər Siyasət Mərkəzi Vaşinqtonda V Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib - VİDEOXəzər Siyasət Mərkəzi Vaşinqtonda Amerika Birləşmiş Ştatları ilə Transxəzər dəhlizi ölkələri arasında biznes, ticarət və investisiya imkanlarını araşdırmaq üçün 5-ci Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib.
Mərkəzdən Azxeber.com-a bildirilib ki, forum çərçivəsində ABŞ-dan və Xəzəryanı ölkələrdən olan natiqlər qlobal COVID-19 pandemiyası zamanı Xəzər bölgəsinin yaşadığı əsaslı dəyişiklikləri və bu dəyişikliklərin gələcəkdə ABŞ–Xəzər regionu əməkdaşlığı üçün yeni imkanlar yaratdığını müzakirə ediblər.
Builki forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirliklərinin birgə təşkilatçılığı, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə ABŞ Ticarət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəkləri ilə baş tutub.
Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti insanları və məhsulları qitələr boyunca birləşdirməkdə Xəzər regionunun mühüm rol oynadığını, həmçinin Transxəzərin Avropa ilə Asiya arasında körpü, ticarət, infrastruktur, enerji üçün bir mərkəz rolu oynadığını qeyd edib: "Xəzər regionu ölkələri 30 il əvvəl müstəqilliklərini qazanmalarından indiyədək ABŞ üçün mühüm strateji ortaqlar olublar. Qlobal enerji təhlükəsizliyini artırmaq, ekstremizmlə mübarizə aparmaq və saysız digər təşəbbüslərlə yanaşı, narkotik və nüvə material axınına qarşı Vaşinqtonla həvəslə çalışıblar".
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında "Cənub Qaz Dəhlizinin özəyi Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı regional əməkdaşlıq idi" fikrini xüsusi vurğulayıb.
Forumda Əfqanıstanın ABŞ-dakı səfiri Röya Rəhmani, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze, Qazaxıstanın Birləşmiş Ştatlardakı səfiri Yerjan Aşikbayev, Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Baktybek Amanbaev, Özbəkistanın Birləşmiş Ştatlardakı səfiri Javlon Vakhabov və Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay 2021-2022-ci illərdə ölkələrinə və bölgəyə daha çox beynəlxalq sərmayə qoyuluşu, sıx iş birliyi ilə dəstəklənən güclü layihələr barədə fikirlərini bölüşüblər.
ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət Məsələləri Bürosu, Dövlət katibinin ticarət siyasəti və danışıqlar üzrə köməkçisinin müavini Matt Murray, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Grin, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa və Avrasiya Bürosu, İdarəedici Köməkçisi vəzifəsini icra edən Margot Ellis iqtisadi suverenliyi təmin etmək, beynəlxalq terrorizmə qarşı mübarizə və dəstək üçün ABŞ-ın bölgənin xarici siyasətinin inkişafındakı rolundan danışıblar.
Forumda, həmçinin iqtisadiyyat nazirinin məsləhətçisi Emil Məcidov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Arif Məmmədov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev və başqaları çıxış ediblər.

İqtisadiyyat       Tarix: 11 iyun 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər hava durumu bu gune olan xeberler sou biznes