XİN başçısı: Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək
Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını 24 iyun tarixində Ermənistana təqdim etmişdi, rəsmi İrəvan 70 gün sonra öz versiyasını geri qaytarıb.
C. Bayramov qeyd edib ki, təkliflər paketindəki bütün maddələr çox taleyüklü məsələlər idi:
"Biz Ermənistan tərəfinin bizə cavab olaraq göndərdiyinə baxanda gördük ki, əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar sadəcə olaraq mətndən çıxarılıb. Ermənistanın düşüncəsinə görə bu yolla məsələni həlli etmək olar. Onlar önəmli məqamlara yer ayırmaq istəməyiblər", – o qeyd edib.
Nazir bəyan edib ki, Ermənistan tərəfi bunlara daha ciddi yanaşmalıdır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb