XİN-in etiraz notaları "işləmir"? - Separatçıların lideri bu dəfə Belçikada
XİN-in etiraz notaları "işləmir"? - Separatçıların lideri bu dəfə Belçikada
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "prezidenti" Bako Saakayan ötən gün Belçikaya səfər edib.
Modern.az xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-ə yaxın parlament üzvü ilə danışıqlar aparıb.
Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.
Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin "xarici işlər naziri" Masis Mailyanın ABŞ-a səfəri və sözdə "soyqırımı"nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi.
Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun "mədəniyyət naziri" Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı