XİN rəsmisi: 'Üçtərəfli bəyanatın yerinə yetirilməsi regionda əməkdaşlıq üçün çox mühümdür
"Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühümdür. Azərbaycan və Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür".
Azxeber.com xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında söyləyib.
Rusiya-Azərbaycan Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: "Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək".
O həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı