Xırdalanda "Oxu Günü" keçirilib - FOTOLAR
Xırdalan şəhərindəki Heydər Əliyev Parkında "Oxu Günü-8" adlı sərgi-festival keçirilmişdir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə düzənlənən və Abşeron Rayon İcra Hakimiyyətinin, ayon Təhsil Şöbəsinin, "Hədəf Nəşrləri" və "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, akademiklər, millət vəkilləri, tanınmış yazıçılar, elm xadimləri, təhsil kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
İştirakçılar əvvəlcə yazıçı, şair və publisistlərin, eləcə də nəşriyyatların çap etdirdikləri kitab, jurnal və qəzet stendlərinə baxış keçirmiş, müəlliflərlə birbaşa dialoq qurmuş, diqqət və maraqlarını çəkən kitablar haqqında maraqlanmışlar.
Daha sonra açıq səma altında qurulan səhnədə rəsmi hissə başlamışdır.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək "Oxu Günü"nün əhəmiyyətini, festivalın kitabın, mütaliyənin təbliğatında boyük rol oynadığını qeyd edərək Abşeron Rayon İcra Hakimiyyətinin bu kimi tədbirlərin tez-tez keçirilməsinə daim lazimi dəstəyin göstərəcəyini vurğulamışdır.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli, millət vəkili Aqil Abbas, filalogiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq və digərləri ölkədə kitabın və mütaliyənin populyarlığının daha da artırılmasının vacidliyini bildirmiş və kitab oxuyabn cəmiyyətlərin daha tez inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Qeyd olunmuşdur ki, "Oxu günü" çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. "Oxu Günü" aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilmişdir.
Tədbirdə məktəblilər "Gəlin birgə oxuyaq" fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamış, yeni kitablar əldə etmiş, eləcə də öz kitablarını başqa oxucularla dəyişərək bilik mübadiləsi etmişlər.






Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO