Xocalı rayon Polis Şöbəsindən aksiya: "Evdə qal" - VİDEO
Xocalı rayon Polis Şöbəsindən aksiya: "Evdə qal" - VİDEO
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və bir neçə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza, eləcə də aztəminatlı ailələrə "Evdə qal" devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib.
Həmçinin, onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib.
Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Sovqatları qəbul edən ailələr istər RPŞ-yə, istərsə də rayon İcra Hakimiyyətinə mütəmadi göstərdikləri yardımlara görə, təşəkkürlərini bildiriblər.





Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb