Yabanı çiyələk: Necə istifadə edək?

Yabanı çiyələk: Necə istifadə edək?Yabanı çiyələk - dərman kimi meyvələrindən və yarpaqlarından istifadə edilir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, yetişmiş meyvələri yığılır, gündə və ya sobada 600C-yə qədər temperaturda qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür. Bağırsaqların fəaliyyətini tənzimləmək üçün çoxlu miqdarda çiyələk yemək lazımdır. Çiyələk maddələr mübadiləsini tənzimləyir və xolestrinin və zəhərin çıxmasına kömək edir. Çiyələyin meyvəsi susuzluğu kəsir və iştahanı artırır. Yarpaqlarının və meyvələrinin şirəsi sidikqovucu və podaqranın müalicəsində vitamin vasitəsi kimi işlədilir. Vitaminlərlə çox zəngin olduğu üçün radiasiya ilə zədələnmədən mühafizə vasitəsi sayılır. Çiyələk xalq təbabətində geniş istifadə edilir. M.A.Nosal yazır ki, "Əgər biz 3-4 həftə davam edən çiyələk mövsümündən düzgün istifadə etsək, kurortlara az ehtiyac olar".
Hipertoniyada, atrosklerozda, öd və sidik daşı xəstəliklərində çiyələk işlədilirdi. Təzə çiyələk meyvəsinin duz mübadiləsi pozulanda (ostexondroz), xolesistitdə, babasildə, mədə şirəsi az olan qastritdə və qurd əleyhinə dərman kimi ac qarına qəbul etməyi məsləhət görürdülər. Yaraları, ekzemanı, üzdəki piqment ləkələrini müalicə üçün xaricə işlədilir. Ekzemanı müalicə etmək üçün yetişmiş çiyələyi təmiz kətan parçaya sürtüb 3-4 gün xəstə yerə bağlamaq lazımdır. Çiyələk yarpaqlarının çayı sidikqovucu, qankəsici və anginada qarqara etmək üçün gözəl vasitədir. Çiyələk yarpaqlarının həlimi ilə ağızı qarqara etdikdə, damaqları və laxlayan dişləri bərkidir. Qafqazda çiyələk şirəsi ürək xəstəliklərinin müalicəsində işlədilir. Yarpaq və köklərinin həlimi sarılıqda və babasildə faydalıdır. Öd daşı və böyrək xəstəliklərini çiyələklə aşağıdakı kimi müalicə etmək olar. Bu hamı üçün mümkün olan həm də dadlı bir üsuldur. Çiyələk mövsümündə (3-4 həftə) hər gün 3-5 stəkan çiyələk yığıb yemək bu əzablı xəstəliyi uzun müddət yaddan çıxardır və həm də daş əmələgəlməsinin qarşısını alır. Çiyələyi xəstənin özü yığıb yeməsi daha faydalıdır və yadda saxlamaq lazımdır ki, yığılmış çiyələkləri qaynanmış soyuq su ilə yuyub yemək lazımdır. Çiyələk həddən artıq şəfavericidir. Bundan ləzzətli və faydalı dərman təsəvvür etmək çətindir. Çiyələk soyuq südlə çox ləzzətlidir. Dadına baxın. Qədimdə belə bir məsəl vardır ki, hansı evdə çiyələk var, o evdə həkimə iş yoxdur. Elə bir xəstəlik tapıb demək olmaz ki, onda çiyələk işlədilməsin və faydalı olmasın. Çiyələk skleroz əleyhinə təsirə malikdir və qanın tərkibini yaxşılaşdırır. Orqanizmin ümumi zəifliyində, qanazlığında və yuxusuzluqda çiyələk faydalıdır. Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır. Çiyələk bitkisinin çayı ağ ciyər xəstəliklərində: bronxial astmada, vərəm xəstəliyində və vərəm xəstələrinin gecə tərləməsində faydalıdır. Mədə yarası xəstəliyində çoxlu miqdarda çiyələk yemək faydalıdır. Çiyələk bitkisinin çayı (həlimi) yoğun və nazik bağırsaqların kataraktında, qaraciyərin, dalağın, öd kisəsinin və böyrəklərin iltihabında işlədilirdi. Xalq əsrlər boyu bu çaydan içmişdir, çünki bu çay çox zərərsizdir və həm də faydalıdır. Çiyələk podaqra xəstəliyində səmərəlidir. Böyük botanika alimi Karl Liney çoxlu miqdarda təzə çiyələk yeməklə özünü podaqra kimi xəstəlikdən tamamilə müalicə etmişdir. Ağız və boğaz iltihabında, ağızdan pis iy gələndə, çiyələyin yerüstü çiçəkləyən hissəsindən (xırdalanmış) bir litr suda 4-5 xörək qaşığı həlim bişirmək, ağız və boğazı qarqara etmək. Üzdəki müxtəlif ləkələri təmizləmək və üzün dərisinin rəngini yaxşılaşdırmaq üçün bu həlimlə üzü yumaq və üzə məlhəm qoymaq məsləhətdir.
Bu həlimdən gündə 3-4 dəfə yeməkdən qabaq 1/3 stəkan içdikdə maddələr mübadiləsi normallaşır, tərləmə azalır və qan tənzimlənir. Çiyələk şirəsindən və ya əzilmiş çiyələkdən yatmazdan qabaq üzə maska qoymaqla üzün dərisi təmizlənir, təzələnir və yumşalır, qabıq vermir, elastik olur, xırda qırışlar, çillər, anadangəlmə ləkələr və sızaqlar yox olur.
Qeyd etmək lazımdır ki, çiyələyi çox yedikdə bəzi adamlarda allergiya baş verir. Belə halda onu az-az yemək və ya onun şirəsini içmək lazımdır.
Milli.Az  /news.milli.az

Sağlamlıq     Baxılıb: 559   Tarix: 03 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Hər evdə var, xərçəng yaradırmış – Gündə iki ədəd kifayət edir

Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanınır. Məhsul antioksidantlar, B və E vitaminləri, eləcə də kalsium, sink, maqnezium və xüsusilə selenlə zəngindir. milliaz-a istinadən xəbər verir ki, b

Qarını əritmək üçün ən yaxşı DİETA

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər. milliaz-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilə

Bu xəstəliyi olanlara konserv yemək OLMAZ

Əgər yüksək təzyiqiniz varsa və ya risk altındasınızsa, müəyyən konservləşdirilmiş şorbalardan uzaq durmaq ən yaxşısıdır. Çoxları bilməsə də, bu, orqanlara əlavə yük yaratdığı üçün infarkt və insult kimi potensial həyat

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Ürək sağlamlığı üçün nə yemək lazımdır? - 3 faydalı toxum növü AÇIQLANDI

Toxumlar ürək sağlamlığı üçün vacib olan omeqa-3 də daxil olmaqla bir çox faydalı xüsusiyyətlərə malikdir. Bütün toxumlar müəyyən miqdarda bu faydalı yağ turşularını ehtiva etsə də, omeqa-3 baxımından əsl xəzinə hesab oluna

35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək. -a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib. "Son siqaret

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com qurban bayrami 2026 xabar az son xeber 2026