Yağış hər dəfə Bakının 'kosmetikasını' yuyur, bütün problemləri üzə çıxarır

Yağış hər dəfə Bakının 'kosmetikasını' yuyur, bütün problemləri üzə çıxarır"Yağış hər dəfə Bakının "kosmetikasını" yuyur, bütün problemləri üzə çıxarır. Yaxşı, nə etməli?! Böyük Şəhər Bələdiyyəsinin yaradılması və seçkili Mer institutunun təsisi problemlərin həlli üçün önəmli addım ola bilər. Çünki bu gün haqlı-haqsız "söyülən", tənqid edilən Bakı Şəhəri İcra Hakimiyyəti mənasız qurumdur, şəhər təsərrüfatı tam olaraq onun əlində deyil. Yol tikintisi tam əlində deyil, qismən müdaxilə edə bilir, su-kanalizasiya sistemi "Azərsu"dan asılıdır, nəqliyyat sistemi əlində deyil, elektrik şəbəkəsi və qaz təminatı ondan asılı deyil. Bakı Şəhər İcra Hakimiyyəti torpaq və sərəncam satan orqandır, pul qazanmaq mənbəyidir, amma şəhər idarəçiliyi deyil".
Azxeber.com-un xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
"Yaxşı, mer seçilsə, bütün problemlər həmən həll olunacaqmı?! Əvvəla, xeyr, olmayacaq, ikincisi də səlahiyyətlərin çərçivəsindən asılı olacaq - əsl yerliözünüidaetmə institutu kimi təsis olunsa, bütün şəhər təsərrüfatı BŞB-nə həvalə edilsə, addım-addım problemlərin həllinə doğru gedə bilərik. Amma onu da bilək ki, şəhəri sahmana salmaq fədakarlıq və milyardlarla dollar vəsait tələb olunacaq. O mənada fədakarlıq ki, bu gün şəhərin mərkəzi hissəsində eybəcər binaların sökülməsinə o evlərdə yaşayan camaat necə baxacaq?!
Mülkiyyət hüququ məsələsi necə həll olunacaq?! Şəhərin yaşanabilər hala gəlməsi üçün onlar da fədakarlıq edəcəklərmi?! Daha bir önəmli məsələ şəhərin yükünün azaldılmasıdır. Bunun üçün unikal şərait yaranıb. Biz yaxın 9 ildə, 2030-cu ilə qədər işğaldan azad edilən ərazilərə 1,5 mln. vətəndaş köçürməliyik, orada iqtisadi fürsətlər Bakıdan yaxşı olmalıdır. Bundan başqa ölkədə mütləq ikinci milyonluq şəhər yaranmalıdlr - ərazi, əhali, Qarabağ və Şərqi Zəngəzura coğrafi yaxınlıq və logistik uyğunluğa görə. Bu, Gəncə şəhəri olmalıdır.
Beləliklə, normal, işlək, qanunun aliliyi, iqtisadi azadlıqlar təmin edilmiş sistem qurmalıyıq ki, həm işğaldan azad edilən torpaqlar ölkəyə iqtisadi yük deyil də, yeni inkişaf mərhələsi üçün "driver" olsun, nəticədə də Bakının əhalisi optimal olaraq 2 milyon civarına düşsün. Yəni, bir yağış probleminə açıq göz və ağılla baxsaq, yenə də sistem dəyişikliyinə qədər gedib çıxırıq" – N.Cəfərli qeyd edib.

Sosial       Tarix: 29 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. yenisabah-a istinadə

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber son xeberler azerbaycan sonxabar