Yalan dünya - Folklorumuzun minarəsindən oxunan şeytan azanı

Yalan dünya - Folklorumuzun minarəsindən oxunan şeytan azanıYalan dünya - Folklorumuzun minarəsindən oxunan şeytan azanı
Aqşin Yenisey yazır...
Faciənin simasızlaşdırılması!
Xəbərin simasızlaşdırılması! 
Tarixin simasızlaşdırılması!
"Görmədiyinə inanmaq" çağı "Gördüyünə inanmaq" çağı ilə əvəzləndikdən sonra başımıza nələr gəldi? 
Ağacların başımıza xəzəli pul kimi səpdiyi bu payız günlərində türk ordusu Suriyada antiterror əməliyyatlarına başlayanda qarşı tərəf internetdə güllələnən qocaların, qadınların, gözləri çıxarılan uşaqların meyitlərinin şəkillərini paylaşdılar ki, guya türklər Suriya torpaqlarında dinc əhalini qırırlar, baxın, bu da onların şəkilləri!
Halbuki məlumatlı adamlar bu şəkillərin ermənilərin Xocalıda törətdikləri qətliamdan çəkilən şəkillər olduğunu bilirdilər. Şok-Media bizim qəhərdən səsimizi batıran faciəmizi başqalarının səsini dünyaya ucaldan performansa çevirmişdi. Bir terrorun Xocalıda qətlə yetirdiyi insanların meyitləri bu dəfə başqa bir yerdə terroru qoruyan "dinc sakinlər"i təmsil edirdilər. Zəmanəmizin absurdu! 
Faciənin simasızlaşdırılması! Dramaturgiyanın süqutu! 
Bundan sonra həyatda deyil, mediada necə öldüyün (öldürüldüyün) önəm daşıyacaq, demək ki. Evində deyil, sosial şəbəkələrdə necə yaşadığın ömründən sayılacaq. Qəlbində deyil, "Instagram"da, yaxud "Facebook"da kimə, nəyə inandığına hörmət qoyulacaq.  
Folklorumuzda az qala oxucuları delfinlər kimi səbəbsiz kütləvi intiharlara səsləyəcək bir bədbinliklə siqaret tüstülədən və həyatı gündəlik ehtiyaclar mühiti kimi görmək, göstərmək istəyən realistlərimizin ələ saldığı, dilimizin dibindən qaşımağa çalışdığı, eşidincə adamda məsuliyyətsizlik ovqatı yaradan, qadınları kişi, kişiləri içki düşkünü olmağa səsləyən bir ifadə var – Yalan dünya!
Dilimizdə şeytani vurğunun üstünə ildırım kimi düşdüyü ən qədim ifadələrdən biridir bu linqivistik cütlük. Alt şüurumuzun İnkir-Minkirləridir. Üst şüurdan göndərilən nə varsa, bu ikisinə hesabat verdikdən sonra, milli irsimizin cənnətinə və cəhənnəminə vasil olurlar. Əlbəttə, bütün qaranlıq dünyalarda olduğu kimi, yaxşılar cəhənnəmə, yavalar cənnətə.
Mən heç vaxt milli şüurumuzun qaranlıq efirində fırlanan "yalan dünya"nı söz birləşməsi kimi oxumamışam, onu həmişə "Yalan"a və "Dünya"ya ayırmışam. Əsl həqiqət onların birliyində deyil, ayrılığındadır. Necə ki, əsl sevgi də Leyli və Məcnunun, Romeo və Cülyetanın "əl-ələ"liklərində yox, ayrılıqlarında idi (Şair demiş, sevginizin yox, ayrılığınızın qədrini bilin). Söz birləşməsi kimi acizliyin, avaralığın emosional asiliyinin, reallığın başına çaxdığı kontrol gülləsidir bu iki kəlmə. Kasıblığın təsəllisi, acizliyin ümididir. Məsuliyyətsizlik himnidir, "Yalan dünya!
Ağlın, rasionallığın təkərinə soxulan çomaqdır. Hələ-hələ müsəlmanın dünyaya "yalan" deməsi bağışlanmaz günahdır, dünyanı yaradanın varlığını şübhə altına almaqdır. Özü yalan olanın, yaradanı nə olacaq! Bəlkə də, bizi Məhşərdə dünyaya "yalan" dediyimiz üçün minəcək əcaib-qəraib məxluqlar.
Folklorumuzun minarəsindən oxunan şeytan azanıdır, Diqqətlə qulaq assanız, səsinin tanrı azanından daha uzaq zamanlardan eşidildiyini fərq edərsiniz. Xirqəsi vücudundan daha qiymətli olan kor sufi inancıdır. Azərbaycan xalqı bu ifadəyə yalnız iyirminci əsrdə gülə bildi, o da əlini atanda cibindən rus (xristian) rublu çıxaran üç-beş qələm adamının simasında.
Qalan bütün əsrlərdə "yalan dünya" naləsi diriliyimizin, mövcudluğumuzun "Yasin"i oldu, tariximizin boş məzarı başında havayı oxuduq onu.
Əsarətimizin həqiqətinə, azadlığımızın gopuna çevrildi. Sərvətimizin qənimi, əxlaqımızın düşməni oldu. Tarixin hansı dövrünə baxsan, qurduğumuz dövlətlərin bayrağının astarına tikilən bir "yalan dünya" duası görəcəksən. O duanı sökən əllər var olsun! 
Şifahi ədəbiyyatımızdan yazılısına da yoluxan bu "yalan dünya" laylası milli şüurumuzu yuxuya verdiyi üçün zaman və məkan hissiyyatımız korşalıb.
Hind xalqını mistisizmin qaranlıq mağarasından realllığa, gün işığına çıxarmaq istəyən İndira Qandi yazırdı ki, hindlilərdə zaman anlayışı əbədiyyəti ifadə edir. Hindlilər zamanı konkretləşdirməyi sevmirlər. Bu düşüncə hindlilərin qan qohumları olan qaraçılarda məkan anlayışına aiddir.
Qaraçılar da məkanı, vətəni konkretləşdirməyi sevmirlər. Hindlilərin iki min il əsarətdə qalmasının səbəbi də zamana bu cür fatalist yanaşmalarıdır. Onlar üçün zamanın hansı kəsimində azadlıq əldə etmələrinin heç bir fərqi yox idi. Bu da hindlilərin tarixi fürsət məsuliyyətini yox edir, onları məkanın deyil, zamanın zəncilərinə çevirirdi.
Hindlilərin və zəncilərin oxşar tərəfi hər iki şüur üçün "vaxt yoxdur" deyə bir düşüncənin olmamasıdır. Hindli və zənci düşünür ki, vaxt həmişə var və buna görə də biri həmişə tarixə, digəri işə gecikir.
"Yalan dünya" anlayışı da bizim milli şüurumuzun topal ayağıdır. 
Keçək xəbərin, bilginin simasızlaşdırılmasına. Qərb ağılı sıravi insanların əllərindəki telefonlarla xəbər istehsal etməyə başladığı dünyada siyasətin və medianın bundan sonra real həqiətlərə deyil, özünün yaratdığı və dövriyyəyə buraxdığı "broyler həqiqətlərə" işıq tutacağını anladı.
Biz, yəni indiyədək "görmədiyinə inananlar" yalan dünyanı özümüz üçün reallaşdırdığımız kimi, bundan sonra onlar da, yəni indiyədək "gördüyünə inananlar" da real dünyanı özləri üçün yalanlaşdıracaqdılar. Bundan sonra informasiya sənayesi ənənəvi həqiqətlərin astagəl səsini şok-medianın hay-həşiri ilə batıraraq, özünün kəşf və istehsal etdiyi "həqiqətləri" tribunalara çıxarıb tirajlayacaqdı. "Post-thruth" dövrü başlamışdı, bundan sonra gerçəklikdən sonrakı gerçəkliklər gündəm olacaqdı.
Trampın da çox sevdiyi söz olan "post-thruth" artıq xəbərin məzmun kimi deyil, forma kimi təqdim olunmasıdır. Əsas məsələ kütləni xəbərin forması ilə ələ almaqdır. Bundan sonra formaların yarışından qalib çıxan xəbər artıq həqiqət sayılmış olacaq. 
Forma bolluğu – xəbərin simasızlaşdırılması!
Artıq "köhnə dünya" deyə biləcəyimiz yaxın keçmişin internetsiz dünyasında kütlə xəbərin məzmununun alıcısı idi. O, eşitdiyi, oxuduğu xəbərin məzmununu beynində şəkilləndirir, formaya salırdı. Zəmanəmizin informasiya zavodları artıq ona hazır xəbər formaları təklif edir.
Artıq kütlənin beyninə ehtiyac yoxdur. Onun reallıqla o reallığın beyindəki inikası arasında əlaqə qurmağa cəhd göstərməməsi və buna görə də reallığı təsvir edənin dürüstlük və səmimilik kimi əxlaqi, etik dəyərləri itirməsini özünə dərd etməməsi informasiya sənayesinin beynimizdəki dünya ilə yaşadığımız dünyanı bir-birindən mediativ zorakılıqla ayırmasının nəticəsidir. Artıq yaşadığımız dünya ilə bizə göstərilən dünya arasında divar hörülüb. Bundan sonra beynimiz xəbəri göstərilən dünyadan yaşadığımız dünyaya göndərilən hazır vəhy kimi qavrayacaq.   
Biz artıq yaşanan dünyanın deyil, göstərilən dünyanın reallıq olduğunu qəbul etmiş nəsilik.
Yaşadığımız dünya artıq yoxdur, ya da bizim deyil, öz həqiqətləri, reallıqları ilə birlikdə. O, qorxulu bir illüziyadır, orada daim müharibə, aclıq, yoxsulluq, qətlə yetirilmək təhlükəsi var. Biz orada xoşbəxt deyilik. Bizim xoşbəxt olduğumuz dünya "Instagram"dır, məsələn. Post-gerçək məqsəd bizə yaşadığımız dünyanı unutdurmaqdır, biz mövcuduq və bununla kifayətlənməliyik.
Real dünyada bizi səfalət, ölüm və işgəncə gözləyir, bunu istəmiriksə, şok-medianın bizim üçün inşa etdiyi yalan dünyanı seçməliyik. 
Bu xoşbəxt dünya əlimizin altındadır, yetər ki, yalanlarına inanaq, yaşadığımız dünyanı unudaq, bizə göstərilən dünyanın aborigeni olaq.
İnformasiya sənayesinin məhsulları bizi xəbərdar edir; Yaşadığınız dünya artıq xoşbəxt olmadığınız, üstəgəl, təhlükələrlə dolu bir yerdir! O təhlükələrlə dolu dünyayla qarşılaşmamaq üçün bizdən nə tələb olunur? Yaşadığımız dünya ilə münasibətdə, sadəcə, mövcudluğumuzla kifayətlənmək, ona qarşı məşhur üç meymunun hər üç xüsusiyyətini mənimsəmək.
Özümüzü key balaxanımlığa vurmaq. Nəinki reallığı dərk və analiz etmək, bacardıqca ona qarşı çıxmaq, ümumi yalanın möhkəmlənməsi, vərdişə və ənənəyə çevrilməsi üçün əmək sərf etmək. Göstərilən dünyanı sorğu-sualsız qəbul etmək, ona can atmaq. 
Elmin cəhaləti budur!  
Qlobalizm, bir növ, kürəsəl totalitarizmdir, desək, yəqin ki, özünü "Xruşşovka"da dünya vətəndaşı kimi hiss edən Basməmməd müəllim bizi söyüb-batırmaz. Elmi texnologiyalar artıq sosial şəbəkələr vasitəsilə böyük kütlələri söz sahibinə çevirib.
Hər kəs informasiya sənayesinin bir "iş adamı"dır, hər kəs "həqiqət" istehsalçısıdır. İstehsalçı varsa, bazar var. Hər "istehsalçı" bu bazarda bir forma deməkdir. Hər kəs bu bazarda öz formasını yaratmağa məhkumdur, yoxsa sata və qazana bilməz.
Müasir bazar qanunları ona icazə verir ki, fantaziyalarını rellaşdırıb bu bazarı itirməmək üçün istədiyi xammaldan, istədiyi xəbəri, formanı düzəltsin. Bundan ötrü ona söz və fikir azadlığı verilib. Ancaq bir şey yaddan çıxıb; söz azadlığı - həqiqət qədər, yalanın da azadlığıdır! Elm yalana azadlıq bəxş edib. Onu qanuniləşdirib. Bəşəri kültür insanı simasızlaşdırmışdı, elmi kültür tarixi simasızlaşdırıb!
Faciənin simasızlaşdırılması! 
Xəbərin simazsılaşdırılması!
Tarixin simasızlaşdırılması!
Biz belə bir çağda yaşamağa hazırıqmı? Bu suala Füzuli beytində cavab axtaranlar, xahiş edirəm, yazını tərsinə oxuyub geri qaytarsınlar.  /oxu.az

Sosial     Baxılıb: 550   Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib

Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib. report-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Qeyd edək ki, İlham Quliyev Xocalı faciəsi ilə bağlı çəkilə

Həmin uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - Rəsmi

"Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb". xəbər verir ki, bunu Ailə

Azərbaycanda pullu yollara niyə radar quraşdırıldı? – "Ödənişli yolun mahiyyəti bu idi ki…

Xəbər verdiyimiz kimi, ödənişli yollarda sürət həddi müəyyənləşdirilib.  "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən, yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və 3,5 ton

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib. xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, Qaziantepin Nurdağı rayonund

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

Xəzər Universitetinə yeni prorektor təyin edilib. xəbər verir ki, məlumat universitetin mətbuat xidmətindən təsdiq olunub. Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub

"ChatGPT" də reklam göstərməyə başlayır

"ChatGPT" çatbotunun və "Go" modelinin pulsuz versiyasında reklamlar olacaq. -a istinadən bildirir ki, bu barədə "OpenAI" veb saytında məlumat yayıb. Məlumata görə, reklam inteqrasiyalarını

Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında dəyişiklik ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvə

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. xatırladır ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanı

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrindəki (əlavə təhsil istisna olmaqla) təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Elm və təhsil komitəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe metbuat xeberleri xabarlar