YAP-çı deputat AXCP və Müsavata səsləndi: Könüllü şəkildə siyasi fəaliyyətinizə xitam verin

YAP-çı deputat AXCP və Müsavata səsləndi: Könüllü şəkildə siyasi fəaliyyətinizə xitam verinAzərbaycanın siyasi gündəmində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyalarının fəaliyyəti ilə bağlı məsələlər yenidən diqqət mərkəzinə çıxıb. Ekspertlər bildirirlər ki, hazırkı beynəlxalq gərginlik fonunda "5-ci kolon" adlandırılan radikal qruplara qarşı bir çox ölkələrdə sərt tədbirlər görülür. Oxşar proseslərin Azərbaycanda da gündəmə gəlməsi, xüsusilə AXCP və Müsavat kimi partiyaların siyasi fəaliyyətinə son qoyulması ilə bağlı çağırışların artmasına səbəb olub.
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında deyib ki, AXCP və Müsavat cütlüyü Azərbaycanda radikalizmin, anarxiyanın və dağıdıcılığın simvollarıdır:
"AXCP və Müsavat cütlüyü Azərbaycanda radikalizmin, anarxiyanın və dağıdıcılığın simvollarıdır. Onlar 90-cı illərin əvvəllərində ölkəmizdə siyasi sistemin demokratik əsaslarda formalaşmasına ciddi zərbə vurmuş təşkilatlanmalardır. Hər iki qurumun bu gün, mövcud tarix mərhələsində, Azərbaycanın siyasi sistemində yer almasına zərurət yoxdur. Çünki dövlətçiliyimizin inkişafı, insan hüquqlarının və demokratik dəyərlərin möhkəmlənməsi, siyasi mədəniyyətin tərəqqisi radikalizmi və anarxiyanı rədd edir".
Parlamentari vurğulayıb ki, AXCP–Müsavat cütlüyü tarixi zəfərimiz zamanı Azərbaycan xalqının sevincinə şərik olmadı:
"AXCP–Müsavat cütlüyü tarixi zəfərimiz zamanı Azərbaycan xalqının sevincinə şərik olmamaqla, ölkəmizin apardığı tarixi mübarizəyə dəstək verməməklə özlərini xalqın ictimai yaddaşından silmiş oldular. Buna görə də onların bu gün siyasi sistemimizdə mövcud olması, həmin sistemə böyük zərbədir. Çünki bu qurumlar siyasi inkişafın qarşısını alaraq sistemin önündə tormozlayıcı funksiyanı yerinə yetirirlər. Yəni, AXCP və Müsavat partiyaları bu gün siyasi sistemimizin inkişafına maneə yaradan qüvvələr kimi çıxış edirlər. Ona görə də mənə elə gəlir ki, ictimai dəstəklərinin  olmadığı şəraitdə, bu partiyaların könüllü şəkildə fəaliyyətlərinə xitam verməsi daha məqsədəuyğun olar".
Şahanə Ziyad

Siyasi       Tarix: 02 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler bugun 2026 canli qurban bayrami 2026 en sonxeber