Yaqut Qarayeva gənclərə səsləndi: "Xəstəliyi yüngül keçirəcəklərini zənn edirlər, amma..."
Yaqut Qarayeva gənclərə səsləndi: "Xəstəliyi yüngül keçirəcəklərini zənn edirlər, amma..."
"Mən xüsusən xəstəliyi yüngül keçirəcəklərini düşünən gənclərimizə müraciət edirəm. Onlar yalnız özlərini düşünməsinlər, hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Diqqətsizlik edərək onları risk qarşısında qoyurlar".
Bu barədə AzTV-nin "Hədəf" proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, kim ki, ordumuza, qələbəmizə dəstək olmaq istəyir "COVİD-19"la mübarizəyə qoşulsun:
"TƏBİB-in hər bir üzvü cəbhəyə dəstəkdir. Sadəcə hər kəs özünü qorumaqla bizə şərait yaradacaq ki, biz rahat şəkildə əsgərlərimizə qulluq edə bilək".
Y.Qarayeva həmçinin, hazırda aparılan test sayından da danışıb:
"Fevral ayında testləri aparan laboratoriyalarımızın sayı az idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində regionlarda laboratoriyalar açıldı. Hazırda 9 mindən çox test edirik və bundan da çox edə bilərik. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa insanlar üçün təhlükədir. Aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır". /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR