Yaşa görə pensiya 629 manat olacaq - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 2026-cı ildə orta aylıq pensiya 590 manat, yaşa görə pensiya isə 629 manat olacaq.
Nazir Anar Əliyev bildirib ki, pensiyalar təxminən 9% artacaq və bunun üçün əlavə 636 milyon manat ayrılacaq. Təxminən 1,1 milyon insanın pensiyası əvvəlki il əmək haqqının artımına uyğun artırılacaq.
İqtisadçı ekspert Elşən Bağırzadə azxeber.com-a açıqlamasında bildirib ki, sözügedən addım sosial siyasət baxımından müsbət addım kimi qiymətləndirilə bilər:
"Sözügedən addım sosial siyasət baxımından müsbət addım kimi qiymətləndirilə bilər. Bu artım ilk növbədə dövlət büdcəsində sosial xərclərin prioritet saxlanıldığını və pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına yönəldiyini göstərir. Lakin burada əsas məsələ təkcə nominal artım deyil, pensiyaların real alıcılıq qabiliyyətinin necə dəyişəcəyidir. Əgər inflyasiya səviyyəsi pensiya artımını üstələyərsə, real gəlir baxımından ciddi yaxşılaşmadan danışmaq çətin olar. Xüsusilə ərzaq, kommunal və dərman xərclərinin sürətlə artdığı şəraitdə bu faktor mühüm əhəmiyyət daşıyır".
İqtisadçı vurğulayıb ki, yaşa görə pensiyanın orta pensiyadan daha yüksək olması sosial ədalət baxımından doğru yanaşmadır:
"Yaşa görə pensiyanın orta pensiyadan daha yüksək olması onu göstərir ki, sistem əsasən uzunmüddətli əmək stajı olan şəxslərin müdafiəsinə fokuslanır. Bu, sosial ədalət baxımından doğru yanaşmadır. Ancaq paralel olaraq minimum pensiya alanlar və qeyri-formal sektorda çalışmış şəxslərin də sosial təminat imkanlarının genişləndirilməsi vacibdir".
"Pensiya artımları müsbət tendensiyadır, lakin uzunmüddətli perspektivdə davamlı effekt üçün pensiya sistemi iqtisadi artım, əmək bazarının leqallaşması və sosial sığorta daxilolmalarının genişləndirilməsi ilə uzlaşdırılmalıdır",- deyə iqtisadçı bildirib.
Şahanə Ziyad
Turlar.az [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür