"YAŞAT": Şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq
"YAŞAT": Şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq
"YAŞAT" Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək verilir.
Fondan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.
"YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində Evrika Liseyində Bakı şəhəri, Nərimanov rayonu ərazisindən olan üç şəhid övladı üçün 100 % nisbətində güzəşt tətbiq edilir.
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.
Qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iki nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50 % güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.
Son müraciət tarixi: 03.05.2021
Qəbul imtahanı may ayının ikinci həftəsində keçiriləcək. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR