Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEO

Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEOYatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEO
Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb.
"Malayala Manorama" qəzetinin məlumatına görə, dəhşətli hadisə Hindistanda baş veriib.
Polis hesabatına əsasən, bu Suracın arvadı Utranı öldürmək üçün ikinci cəhdi olub. Birincisi martın 2-də baş verib. O, arvadının yataq otağına zəhərli gürzə atıb. Bundan sonra zərərçəkən iki ay xəstəxanada müalicə alıb. Sonra o, ata evinə gətirilib.
İkinci sui-qəsd də burda baş verib. 27 yaşlı Surac arvadı ilə bir otaqda qalandan sonra onun üstünə kobra ilanını atıb. Bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb. 
"Surac onun otağında gecələyib və özünü heç nədən xəbəri yox imiş kimi aparıb. Onu Utranın anasının qışqırıqları oyadıb", - deyə polis hesabatında bildirilib.
Sonradan otaqda kobra tapılıb və öldürülüb.
Utranın ölümündən bir neçə gün sonra Surac onun varidatını ələ keçirmək istəyib. Bundan sonra şübhələr ona yönəlib.
Müstəntiqlər Suracın ilansatanlarla zəngləşdiyini, həmçinin internetdən ilanlarla bağlı məlumatları araşdırdığını müəyyən edib. 
O da vurğulanıb ki, Utra imkanlı ailənin qızı olub, özəl bankın işçisi olan ərinin isə pula ehtiyacı olub.
Nikah vaxtı Suraca 100 qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi pul (11 293 AZN) hədiyyə edilib.
"O, qorxurdu ki, boşansa bütün bunları qaytarmalı olacaq. Ona görə də öldürməyə qərar verib", - deyə polis hesabatında vurğulanıb.
Surac və onu ilanla təmin edən şəxs həbs olunub. İstintaqa başlanılıb.

Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEOYatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEOYatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEO

Maraqlı       Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler gunun xeberleri cəbhədən ən son xəbərlər en son xəbərlər bugün