"Yaxın illərdə İrəvanın bu təxribatçı addımlara son verəcəyini gözləmək əbəsdir" - Yevgeniy Mixaylov
"Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir".
KONKRET.az xəbər verir ki, bunu "Report"a rusiyalı politoloq, milli münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov bildirib.
"Məncə, o, prezident kürsüsünə namizədlər arasında nüfuzsuz olduğu üçün bu yolla Fransanın böyük erməni icmasından dəstək umur. Ona heç rəsmi Parisin mövqeyi də o qədər maraqlı deyil, hərçənd Paris də bəzi hallarda Azərbaycana qarşı ikili oyun oynayır", – politoloq deyib.
Onun fikrincə, Valeri Pekrez Ermənistana səfərindən hər hansı siyasi dividend əldə edə bilməyəcək.
Eyni zamanda rusiyalı ekspert qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan nə qədər Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymağa tərəfdar kimi görünməyə çalışsa da, bu kimi səfərlərə rəvac verir. Belə ki, rəsmi İrəvan məlum üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır.
"Məncə, yaxın illərdə İrəvanın bu təxribatçı addımlara son verəcəyini gözləmək əbəsdir. Ermənistan sülh sazişi üçün zəruri olan sərt şərtlərlə küncə sıxışdırılanadək artıq mövcud olmayan Qarabağ kartını oynamaq cəhdlərinə davam edəcək", – ekspert vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı