"Yaxın Şərqdə davam edən müharibənin diplomatik həlli yoxdur" - RƏY

"Rusiya iki il ağır döyüşlərdən sonra, dağıdılmış Uqledar şəhərinin xarabalıqları üzərində öz bayrağını qaldırdı. Məhz iki il ərzində Rusiya bu şəhər uğrunda minlərlə hərbiçi, yüzlərlə zirehli texnika itirdi. Təbii ki, bunu Rusiyanın "Pir qələbəsidir" adlandırmaq olar".
KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə özünün feysbuk hesabında yazıb.
O qeyd edib ki, Rusiya Ukraynanın şərqdində hücumu intensivləşdirib:
"Kreml Donbasın tamamilə işğal olunması istiqamətində hücum əməliyyatlarnı inkişaf etdirir. Bununla da Rusiya danışıqlarda maraqlı olmadığını, Ukraynada bütün ağır itkilərlə baxmayaraq irəliləməyə, yeni ərazilər zəbt etməyə çalışır. Bu hücumlar Rusiyaya yüzlərlə hərbçi və zirehli texnikanın itirilməsi ilə başa gəlir. Belə bir hücumlarla Qərb Rusiyanın kütləvi şəkildə resurslarının tükəndiyinin fərqindədir. Bütün hücumlarına rəğmən Uqledar şəhərini iki ildən sonra işğal edə bilən Rusiya qoşunlarının Ukraynada öz məqsədlərinə çatması mümkün görünmür. Rusiya Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və burada Moskva-Kiyev arasında danışıqlar mümkün deyil. İsrailin İranın dəstəklədiyi HƏMAS və "Hizbullah"a qarşı hərbi əməliyyatları və Rusiya-Ukrayna cəbhəsində davam edən müharibə Rusiya-İran oxunu kifayət qədər zəiflədib. Demək olar ki, Qərblə Rusiya və İran arasında cəbhə xətti Şərqi Avropadan başlayaraq, Cənubi Qafqaz və Yaxın Şərqə qədər uzanıb. Qərblə Rusiya və İran yeni toqquşma cəbhəsi yaradıb. Avropa Rusiya Şərqi Rusiya və Ukrayna müharibəsində, Cənubi Qafqazda Ermənistan və Gürcüstanda siyasi mübarizə, Yaxın Şərqədə isə, Qərblə İran arasında aktiv hərbi əməliyyatlar dünya siyasi nizamının formalaşma xəttidir".
O qeyd edib ki, Yaxın Şərqdə davam edən müharibənin diplomatik həlli yoxdur:
"Çünki yeni siyasi nizamda qarşı tərəfin biri mütləq məğlub olmalıdır. Məhz Rusiya Ukrayna müharibəsində də əsas hədəf qarşı tərəfin məğlub olmasıdır. Yalnız bundan sonra yeni siyasi nizama keçid başlayacaq. Döyüşən tərəflərin biri tam sıradan çıxmayınca, heç bir danışıqlar yolu ilə böhranın həlli mümkün mümkün görünmür. Necəki, 30 il ərzində Azərbaycanla Ermənistan danışıqlar apardı. Amma istənilən nəticə əldə olunmadı. Azərbaycan məcbur qalıb gücə əl atdı. Nəticədə, Cənubi Qafqazda yeni siyasi nizam formalaşdı".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda xeber.az dunya xeberleri azerbaycan son xeber bugun