Yaxın Şərqdə vəziyyət dəyişir: ABŞ və Rusiya üçün hansı risklər mövcuddur? - İLGİNC SSENARİ
İsrail ordusu bu gün Suriyanın cənubunda, xüsusilə Suveyda şəhəri ətrafındakı hökumət qüvvələrinin mövqelərinə hava hücumlarını davam etdirəcəyini açıqlayıb. Ordunun rəsmi sosial media hesabında yayımlanan məlumata görə, son saatlarda Suriya ordusuna məxsus zirehli texnika və atəş mövqeləri hədəfə alınıb və məhv edilib. Bildirilib ki, vurulan zirehli maşınlar ağır pulemyotlar və digər silahlarla təchiz olunmuşdu. Hədəflər arasında silah anbarları və digər hərbi obyektlər də olub.
İsrail ordusu eyni zamanda bölgədəki mülki druz əhalisinin vəziyyətini yaxından izlədiyini və əməliyyatların İsrail hökumətinin göstərişlərinə əsasən davam etdirildiyini vurğulayıb.
Maraqlıdır, bu hücumlar bölgədə İran və İsrail arasında birbaşa qarşıdurma riskini artırırmı? Hücumların fonunda Rusiya və ABŞ-ın bölgədəki mövqeyi necə dəyişə bilər?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İsrailin bu addımları bölgədə təhlükəli tendensiyaların yaranmasına səbəb olar:
"Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ayrı-ayrı dövlətlər Suriyadakı mövcud vəziyyəti dəyərləndirərək humanitar yardımlar göndərdi və müvəqqəti keçid hökumətinə dəstək verdi. Hazırkı proseslər isə çox təhlükəlidir. İsrail Suriyada druzların hüquqlarını qorumaq və bölgədəki təsir gücünü artırmaq məqsədilə hərbi əməliyyatlara başlayıb. İran-İsrail arasında baş verən 12 günlük müharibədən sonra İsrail bölgədəki maraqlarını gücləndirmək üçün yeni addımlar atır. Bu həm İrana, həm də husilərə və HƏMAS-a qarşı mübarizənin davamı kimi qiymətləndirilər."
İlyas Hüseynov qeyd edib ki, bölgədə Türkiyənin də qalıcı maraqları var və Ankara bu prosesləri diqqətlə izləyir:
"ABŞ, NATO, İsrail və Türkiyə arasında qarşıdurmaların yaranmaması üçün müxtəlif çəkindirici mexanizmlər mövcuddur. Azərbaycan da sülhün təmin olunması üçün vasitəçilik imkanlarını təklif edib. Suriya məsələsində Türkiyə ilə İsrail arasında konstruktiv danışıqlar aparılıb. Hazırda ABŞ, kollektiv Qərb və Rusiyanın bu proseslərə daxil olması yeni hərbi qarşıdurma riskini artırır. Yerli əhali arasında isə məzhəb ayrı-seçkiliyi zəminində qarşıdurma meyilləri güclənir ki, bu da idarəolunmaz vəziyyətə gətirib çıxarır."
Politoloq hesab edir ki, bu gərginlik beynəlxalq diplomatik səylərlə tənzimlənməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı