Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHI

Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHIYay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHI
"Buzlu qəhvə və evdə hazırlanmış sitrus limonadları bürkülü havalarda xilas üçün ən yaxşı sərinləşdirici içkilərdir".
Bu barədə rusiyalı texnoloq Ludmila Rumyantseva danışıb.
O, bu içkilərin dadlı olması ilə yanaşı, tərkibindəki vitaminlər və mikroelementlərə görə orqanizm üçün böyük faydaları olduğunu açıqlayıb.
Soyuq çay
Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHIOnun sözlərinə görə, soyuq çay istidən xilas olmağa kömək edəcək, həmçinin orqanizmi enerji ilə təmin edəcək.
"Qara çay - moruq və ya sitrus meyvələri ilə yaxşı gedir, yaşıl çay üçün isə çiyələk, alma və ya armud daha uyğundur. Çay dəmləyin və bir-iki saat soyuducuda saxlayın. Daha sonra ona sitrus suyu, bir neçə giləmeyvə və ya alma dilimi əlavə edə bilərsiniz", - deyə Rumyantseva tövsiyə edib.
Sitrus meyvələrindən və şaftalı püresindən limonad
Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHIMütəxəssis limonadı evdə hazırlana bilən ən asan içkilərdən biri adlandırıb.
"Klassik limonadlar artıq darıxdırıcıdırsa, portağaldan içki hazırlaya bilərsiniz. Sitrus meyvələri istidə yaxşı təravətləndirir və orqanizmi vitaminlərlə qidalandırır. Limonadın şirin olması üçün bir qaşıq şaftalı və ya çiyələk püresi əlavə edə bilərsiniz", - deyə o əlavə edib.
Vyetnam üsulu buzlu qəhvə
Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHIMütəxəssisin sözlərinə görə, bu, isti yay səhəri üçün uyğun olan gözəl sərinləşdirici içkidir. Onu hazırlamaq üçün qatılaşdırılmış süd, buz və təzə üyüdülmüş qəhvə lazımdır.
"Şəkərli içkilərin böyük həvəskarı deyilsinizsə, qatılaşdırılmış südün miqdarını azalda bilərsiniz. Qəhvənizin daha uzun müddət sərin qalması üçün içkiyə bir ovuc buz əlavə etməyi unutmayın. Zövqə görə darçın və ya qoz da əlavə edə bilərsiniz", - deyə texnoloq qeyd edib.
Çiyələkli laymad
Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər - SİYAHI"Klassik limonadlardan bezmisinizsə, çiyələk laymadını sınayın", - deyə Rumyantsev məsləhət görür. O, qeyd edib ki, çiyələk və laymadın birlikdə qeyri-adi dadı olacaq.
"Çiyələyi sevməyənlər banan, yaxud albalı kimi digər giləmeyvə və meyvələrdən istifadə edə bilərlər", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı yeməklər barədə məlumat vermişdik.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 21 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 sonxeber.az son xabar krimnal bugun