Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik

Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik
Alimlər və  həkimlər hər gün dünya üzrə xeyli can alan koronavirusa qarşı peyvənd və ya müalicə yolu tapmaq üçün mübarizə aparırlar.
Lakin xatırladaq ki, bu,  tarixdə ilk epidemiya deyil və bəşəriyyət bir zamanlar müalicəsi qeyri-mümkün hesab olunan bir çox xəstəliklərin öhdəsindən gəlib. Beləliklə, üzərində qələbə çalınan bəzi yoluxucu xəstəlikləri təqdim edirik:
Çiçək
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Çiçək ən qorxulu xəstəliklərdən biridir. Xəstə tamamilə yaralarla  örtülürdü və bu xəstəlikdən ölüm nisbəti çox yüksək idi. Virusa  yalnız hava-damcı yolu ilə deyil, həm də yoluxmuş insanın paltarı və  qabına  toxunmaqla da yoluxmaq olurdu. İnsan sağaldıqda belə, onun bədənində çapıqlar qalırdı, ən ağır hallarda isə kor olurdu.
Çiçəyə qarşı  peyvənd XVIII əsrdə həkim Edvard Cenner  tərəfindən ixtira olunmuşdu. O, sağıcı qadınların bu xəstəliyə yoluxmadığına fikir verib və qərara gəlib ki, onlar inək çiçəyinə yoluxurdular və bu zaman immunitet yarandığı üçün xəstəliyi yüngül keçirirdilər.
Lakin yalnız XX əsrin ikinci yarısında xəstəliyə tam qalib gəlmək mümkün olub. Hazırda çiçək virusuna təbiətdə rəst gəlinmir, o, yalnız laboratoriyalarda saxlanılıb.
Poliomielit
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Poliomielit onurğa beyninin boz maddəsinə təsir edən və bu yolla da sinir sisteminin patologiyalarına və onurğa beyninin iflicinə gətirib çıxaran yoluxucu xəstəlikdir.
Bu xəstəliyə minlərlə uşaq yoluxurdu. Skandinaviya ölkələrində və  Amerikada kütləvi yoluxma halları müşahidə edilirdi. XX əsrin ortalarında poliomielit xəstəliyinin geniş yayılması bir çox ölkələr üçün əsl fəlakətə çevrildi. Lakin uşaqların peyvənd edilməsi xəstəliyin, demək olar, tamamilə aradan qaldırılmasına gətirib çıxardı.
Poliomielitə qarşı peyvənd Amerika alimləri Conas Solk, Hilari Koprovski və Albert Seybin tərəfindən hazırlanmışdı.
Drakunkulyoz
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Drakunkulyoza Qvineya qurdu da adlandırılan rişt qurdları səbəb olur. İnsan bu qurda şirin su xərçəngini yeyən zaman yoluxa bilər, bundan sonra qurd mədə-bağırsaq sisteminə daxil olur. Nəticədə, dəri qızarır, qaşınır və suluqlar əmələ gəlir. Ən ağır formalarında isə ürək-damar xəstəlikləri, qanqrena, infeksiya müşahidə olunur.
İlk növbədə, infeksiya antisanitar şəraitdə yaranır. Hazırda Afrika ölkələrində – Çad, Efiopiya, Cənubi Sudanda xəstəlik mövcuddur. Drakunkulyoza qarşı peyvənd yoxdur, lakin xəstəni paraziti onun bədənindən mexaniki çıxarmaqla və bundan sonra antibiotiklər və digər tibbi preparatlardan istifadə etməklə müalicə etmək olur.
Frambeziya
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Frambeziya inkişaf etmiş ölkələrdə müşahidə olunmur. Çünki onun yayılmasının əsas səbəbi pis sanitar şəraitdir.
İnfeksiya insanın dərisinə təsir edir və bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkirlər. Bədəndə şişkinliklər yaranır, sonra isə onlar yaralara çevrilirlər. Yoluxma fikizi təmas nəticəsində baş verə bilər.
Xəstəliyin müalicəsində vacib məqam şəxsi gigiyena qaydalarına riayət etməkdir. Frambeziya antibiotiklərin vasitəsilə müalicə olunur.
Qızılca
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Bu, olduqca yoluxucu xəstəlikdir. Bu zaman ağız boşluğunun selikli qişasının və tənəffüz yollarının iltihabı, yüksək hərarət müşahidə olunur. Qızılcaya yoluxan insanların bədənində səpki yaranır.  Virus hava-damcı yolu ilə ötürülür.
Hazırda inkişaf ölkələrdə qızılcaya qarşı kütləvi peyvəndləmə həyata keçirilir.  
Tetanus
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Tetanus insanın sinir sisteminə təsir edən təhlükəli virus xəstəliyidir. Bu zaman əzələlərin güclü qıcolmaları baş verir.
Bu xəstəlik barədə hələ Qədim Misir, Yunanıstan, Hindistan və Çində yazırdılar. Xəstəliyin elmi tədqiqatına XIX əsrdə başlanılıb. 1923-cü ildə fransız immunoloq Q.Ramon xəstəliyin qarşısının alınması üçün tətbiq olunan anatoksin əldə edib.
Tetanus əsasən iqlimi isti  və rütubətli olan ölkələrdə müşahidə olunur.
Fil xəstəliyi
Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik Bu xəstəlik zamanı insanın ətraflarının dərisi qalınlaşaraq böyüyür. Bu isə limfaların şişməsinə və tıxanmasına gətirib çıxarır. Xəstəliyin səbəbkarı isti iqlimdə yaşayan parazitdir. Buna görə də, bu xəstəlik əsasən Afrika ölkələrində yayılıb.
2015-ci il 5 oktyabrda bu infeksiyanın müalicəsi üçün preparatların kəşfinə görə Satosi Omura Uilyam Kempbell ilə birlikdə Nobel mukafatına layiq görülüblər.

Maraqlı       Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az cebheden xeberler maraqlı xəbərlər krimnal xeber