Yelo Bank "İlin Bankı" seçildi

Dekabrın 17-də "Caspian Business Award 2021" beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Yelo Bank "İlin bankı" nominasiyasında qalib gəlib.
"Parlaq bankçılıq" şüarı ilə fəaliyyət göstərən Yelo Bank 2021-ci il ərzində xidmət şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib. Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.
Tədbirdə mükafatı qəbul etmiş Yelo Bank-ın Baş biznes inzibatçısının müavini Vaqif Babayev Bankın gördüyü işin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib: "Çox şadıq ki, rebrendinq prosesindən qısa müddət sonra artıq hiss olunan nəticələr əldə edə bilmişik. Bu il qəbul edilmiş strategiyamıza uyğun olaraq bütün biznes istiqamətləri üzrə stabil inkişafa nail olmuşuq. Qarşıdakı il də həm məhsullarımızı, həm də xidmət keyfiyyətini daha da artırmaqla müştərilər üçün yeni və rahat həllər təqdim etməyi planlaşdırırıq".
"Caspian Business Award" mükafatının təqdimetmə mərasimində "Caspian Energy Club"a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar mükafatlandırılıb.
Tədbirin təşkilatçısı olan "Caspian Energy Club" sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Qeyd edək ki, Yelo Bank ötən il də nüfuzlu beynəlxalq nəşr olan Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020" nominasiyasında qalib olmuşdu!
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kredit sifarişi xidmətimizdən faydalana bilərsiniz.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank

İqtisadiyyat       Tarix: 22 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler iqtisadiyyat xeberleri bugun son xeberler 2026 xeberler bugun