Yelo Bank-ın kapital mövqeyi güclənir
Ölkəmizin sürətlə böyüyən banklarından biri olan "Yelo Bank" ASC uğurlu fəaliyyəti sayəsində əlavə maliyyə vəsaiti cəlb edib.
azxeber.com xəbər verir ki, əsas səhmdar 25 milyon manat subordinasiyalı kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalayıb. Bu razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimaddan xəbər verir. Beləliklə, "Yelo Bank" uzunmüddətli maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.
İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək: "Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi güclənəcək, böyük məbləğdə likvid vəsaitlər əldə ediləcək, kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da yaradır".
Xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının sonuna Bankın məcmu kapitalı 63 milyon manatı keçib. Cəlb edilmiş subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 milyon manatı keçməsi planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
Bununla bərabər, 2022-ci ilin başlanğıcından "Yelo Bank"ın maliyyə nəticələrində də artım müşahidə olunur. Bank cari ilin ilk iki ayı ərzində 30 milyon manatdan çox depozit cəlb edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bu ilin yanvar və fevral aylarında əldə olunan faiz gəlirləri də 2021-ci ilin eyni ayları üzrə müqayisədə 21% artaraq 11 milyon manatı keçib. Bank-ın aktivləri ilin əvvəlindən 18 milyon, ötən ilin başlanğıcından isə 166 milyon manat artaraq 551 milyon manatı keçib. İlk iki ay ərzində "Yelo Bank" cəmi 77 milyon manat kredit ayırıb ki, bunun da 70%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə ayrılıb. Bütün bunlar Bankın strateji inkişaf planının uğurlu icrasının göstəriciləridir.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
"Yelo Bank" – Parlaq bankçılıq!
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR