Yelo Bankın Müşahidə Şurasında dəyişiklik
Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən Yelo Bank daha bir tanınmış bankiri öz heyətinə cəlb edib.
Azxeber.com xəbər verir ki, zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiqlənərək Yelo komandasına qoşulub.
15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan cənab Pospileovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub. Maliyyə institutları ilə işdə çox böyük təcrübəyə malik olan Endryu bəy Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.
Bu təyinatla cənab Pospielovski Yelo Bankın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.
Yelo Bankın İdarə Heyətinin Sədri Anar Həsənov təyinatı şərh edib: "Sevindirici haldır ki, yenilənmiş strategiyamız və ambisiyalı hədəflərlə başladığımız yeni dövrdə Endryu kimi əsl peşəkar bizimlə birlikdə olacaq. Əminəm ki, öz təcrübəsi ilə cənab Paspilovski qısa və uzunmüddətli hədəflərimizə çatmağa bizə dəstək olacaq. Yelo komandası adından onu salamlayır və işlərində müvəffəqiyyətlər arzu edirəm

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar