Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi

Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdiYelo Bank 2021-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı.
Azxeber.com xəbər verir ki, bankın əsas maliyyə göstəriciləri ötən rübdə olduğu kimi bu rüb də artım nümayiş etdirib. Belə ki, ilin əvvəlindən Bankın xalis mənffəti 11.4 milyon manata çatıb. Eyni zamanda Bankın aktivləri də 105 milyon manat artaraq 495.7 milyon manat təşkil edib.
Ümumi kredit portfeli il ərzində təxminən 100 milyon manat artaraq 408.1 milyon manata çatıb. Bank öz missiyasına sadiq qalaraq biznes kreditləşməsini genişləndirməyə davam edib. Belə ki, bu dövr ərzində 180 milyon manata yaxın biznes krediti verilib. Hazırda kredit portfelinin 56%-i real sektorun payına düşür. Qeyd etmək lazımdır ki, kredit portfeli iri korporativ müştərilər deyil, əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb.
Bununla yanaşı, hesabat dövründə 13 mindən çox müştəriyə 96 milyon manat istehlak krediti verilib. Nəticədə istehlak kredit portfelinin həcmi də 32% artaraq 111.2 milyon manata yüksəlib.
İlin əvvəlindən 6 mindən çox müştəri 180 milyon manatdan çox vəsaitini Yelo Banka etibar edib. Beləliklə, bankın depozit portfeli 32% artaraq 309.5 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayı sürətlə artır. Bu isə Bankın mövcud müştərilərini qoruyub saxlamaqla bərabər, yeniləri üçün həm xidmət keyfiyyəti, həm də şərtlər baxımından cəlbedici olduğunu göstərir.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 32.9 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 64.3 mln manatdır, bu göstərici requlyativ tələbdən 14.3 mln manat çoxdur.
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov ötən rübün nəticələrini belə şərh edib: "Hər növbəti ay, hər növbəti rüb yeni strategiyamızın düzgünlüyünə daha da əmin oluruq. Lakin bu nəticələr yalnız strategiya deyil, onu düzgün icra edən 900 nəfərdən ibarət böyük bir komandanın uğurudur. Artan müştəri məmnuniyyəti bu ailənin hər bir üzvünə hər ötən gün daha yaxşı xidmət göstərmək üçün yeni stimul verir. Xidmət
keyfiyyətini daha da artırmaq və daha çox müştəriyə çata bilməyimiz üçün filial şəbəkəmizi genişləndirməklə bərabər rəqəmsal məhsullarımızı da inkişaf etdiririk. Tezliklə Yelo Bank hər kəsə daha yaxın olacaq.".
Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən Yelo Bank yeni 28 may, Xalqlar dostuğu, Sədərək, Mərdəkan, 20 Yanvar filiallarını istifadəyə verməklə bərabər, ötən həftə Baş ofis binasının da açılışını etdi.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank - Parlaq bankçılıq

İqtisadiyyat       Tarix: 27 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər hava durumu son xeberler az sonxeber az