Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!

Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən postensial sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
KOB inkişaf mərkəzlərində həmçinin, sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir.
KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.
KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcəkdir.
Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
Bakı KOB İnkişaf Mərkəzi:
Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, "World Business Center", 10-cu mərtəbə
Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88
E-mail: [email protected]
Sumqayıt KOB İnkişaf Mərkəzi:
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonu: (+994 55) 209 30 75
E-mail: [email protected]
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri idman xeberleri azerbaycanda son xeberler oxu.az xeberler