Yeni çağırışlar dövrünün parlamentinə doğru

Yeni çağırışlar dövrünün parlamentinə doğruYeni çağırışlar dövrünün parlamentinə doğru
Azərbaycan yeni bir dövrə qədəm qoyur. Müxtəlif sahələri əhatə edən islahatlar dövrü, təbii ki, idarəetmədə də çeviklik, yeni yanaşmalar tələb edir. Bu mənada, hakimiyyətin qanunvericilik qolunu əhatə edən, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri məhz yeni çağırışlara əsaslanan ən genişmiqyaslı kampaniyalardan biridir.
Sual oluna bilər: parlamentin səlahiyyət müddətinin bitməsinə bir neçə ay qaldığı bir vaxtda bu cür mühüm ictimai-siyasi tədbirin keçirilməsi hansı zərurətdən irəli gəlir? Bu suala ən dolğun cavabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində verib. Bütün incəlikləri dəqiqliklə xarakterizə edən dövlət başçısı parlament seçkilərini çox önəmli hadisə və önəmli proses kimi dəyərləndirib:
"Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin". 
Həqiqətən də, müasir inkişaf templəri, Azərbaycan dövlətinin seçdiyi kurs artıq hər bir sahədə yeni yanaşmalar tələb edir. Yeni yanaşmalar isə vaxt itkisini sevmir: bir vaxtlar aylar ərzində icra olunan layihələri indi daha qısa müddətə icra etmək lazım gəlir; deməli, qanunvericiliyin özünün də zamanın tempinə uyğunlaşması, müasir inkişaf tendensiyalarının ritminə əsaslanması labüddür.
Eyni zamanda, Milli Məclis üzvlərinin özlərindən gözləntilər də dəyişir. İslahatlar dövrünün vətəndaşı haqlı olaraq düşünür ki, müasir deputat daha təşəbbüskar olmalı, çevik iş mexanizmləri qurmağı bacarmalı, seçici ilə arasıkəsilməz, interaktiv ünsiyyət şəraitində çalışmalı, onun səsini eşitməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vətəndaşın sözünü demək və problemləri həll etmək bacarığına malik olmalıdır.
Yeni parlament vətəndaş məmnunluğuna xidmət edən qanunverici orqan olmalıdır
Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarının istər cəmiyyət, istərsə də siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilməsi məhz bu gözləntilərin doğurduğu reallıqlardan biridir. Başqa sözlə, seçici yeni parlamentdən onun məmnun vətəndaş statusunu təmin edən çeviklik, işlək mexanizmlər, yeni iş üslubu kimi mühüm dəyişikliklər gözləyir. Çünki seçici gələcəyə inanır və inamı gözləntilər üzərində qurulub. Onun inamına görə, yeni parlamentdə xalqın o nümayəndələri təmsil olunacaq ki, onlar öz qanunvericilik fəaliyyətlərində ümumi işə töhfə verməyi, qanunvericiliyi təkmilləşdirməyi, öz dairələrində fəal iş aparmağı əsas qayələrinə çevirəcəklər. Bu mənada, cənab Prezident İlham Əliyevin yeni parlament barədə danışarkən dediyi sözlər bir növ gələcək deputatlar üçün fəaliyyət proqramı rolunu oynamalıdır:
"Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar".
Ən maraqlısı budur ki, dövlət başçısı yeni seçiləcək deputatların ölkədəki roluna ictimai nəzarət prizması baxımından yanaşır:
"...dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır".
İctimai nəzarət isə, bildiyimiz kimi, vətəndaş cəmiyyəti quruculuğunun olduqca mühüm elementi, dövlətin inkişafı üçün son dərəcə gərəkli bir mexanizmdir.
Zənnimcə, müasir deputatın yeni missiyasında ictimai nəzarətə əsaslanmaq funksiyası mütləq mühüm rola və yerə malik olmalıdır. İctimai nəzarətedici rolunu oynayan seçicinin problemləri ilə daim maraqlanan deputatla müntəzəm təmasları son nəticədə "seçici-deputat-əlaqədar qurumlar" zəncirini yaratmaqla, yenidən seçicinin maraqlarına doğru qayıdış etməlidir. Bax, məhz bu mexanizmin işləkliyi bu gün öz səsinin dairəsindən seçilmiş deputat vasitəsilə eşidilməsini istəyən seçicini məmnun vətəndaşa çevirəcək. Məmnun vətəndaş isə daim öz dövlətinin yanında olan, heç bir kənar təsirə uymayan vətəndaşdır. Deməli, deputatın fəaliyyətinin yeni çağırışlarla uzlaşması son nəticədə həm də dövlətin udması deməkdir.
Beləliklə, yeni parlament islahatlar dövrünün vətəndaşının çevik qanunvericilik arzularını reallaşdıran, onun vətəndaş məmnunluğuna xidmət edən, deputatın məhz onun yanında olduğuna əminlik yaradan bir qanunverici orqan olmalıdır.
Ümid edirəm ki, 9 fevralda keçiriləcək növbədənkənar seçkilər xalqın iradəsi və Prezident İlham Əliyevin uzaqgörən tövsiyələrinin uğurlu sintezini əks etdirməklə ölkəmizə məhz bu parlamenti və yeni təfəkkürlü deputatları bəxş edəcək. Axı bu, həm də zamanın çağırışıdır.
Elnur Allahverdiyev
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd /oxu.az

Siyasi       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama

ABŞ Prezidenti Donald Tramp iki amerikalı hərbçinin ölümü ilə nəticələnən İran hücumunu şərh edərkən baş verənlərə görə sərt tənqidlər səsləndirib. xəbər verir ki, Ağ Ev rəhbəri İrandan İordaniyaya hansısa obyekt və ya materialları

Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq

"Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq". Bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, bağlantılarla bağl

Pekin Trampın ittihamlarını rədd etdi: ABŞ-a ÇAĞIRIŞ

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jia

"Bu səfərlərin çox böyük siyasi mənası var

"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansler

"Dost Almaniya xalqına..." - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

"Dost Almaniya xalqına..." - İlham Əliyevin xatirə kitabına yazdıqları

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.   xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüy

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olundu - FOTO 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. xəbər verir ki, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyini

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır

Hacıbəy Heydərli, . Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyada "Azad söz" kanalının rəhbəri, bloqer Tural Sadıqlıy


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xeberler bugun 2026 xeber.az son xeberler son.xabar