Yeni il şənliyində iştirak edərkən maska taxmadan COVID-19-dan necə qorunmaq olar?
Yeni il şənliyində iştirak edərkən maska taxmadan COVID-19-dan necə qorunmaq olar?
Nəmləndirici və ya intranazal damcılar (buruna damcı şəklində) korporativ bayram tədbirinə gedənlər üçün tibbi maska effekti yaratmağa kömək edəcək.
Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.
Onun sözlərinə görə, belə damcılar burnun selikli qişasında virusun yayılmasının qarşısını alan bioplyonka əmələ gətirir.
Həkim vurğulayıb ki, ən başlıcası selikli qişanın qurumasının qarşısını almaqdır. Nəmləndirici və ya intranazal damcılar tədbirdən əvvəl istifadə edilməlidir, evə qayıtdıqdan sonra isə burun fizioloji və ya duzlu məhlullarla yuyulmalı, ardınca burun damcıları tökülməlidir.
İnfeksionist onu da qeyd edib ki, şənliklər zamanı əllərin təmizliyinə diqqətlə nəzarət etmək lazımdır. Mütəxəssisin fikrincə, bu, orqanizmə daxil olan virusun miqdarını azaltmağa kömək edəcək.
"Burun axması, halsızlıq, boğaz ağrısı və ya bəzi anlaşılmaz yorğunluq əlamətləri hiss edirsinizsə, o zaman bayram tədbirinə gedib başqalarını yoluxdurmaq lazım deyil, çünki bütün insanlarda koronavirusa qarşı immunitet olmur, həmçinin heç də hamı vaksinasiyadan keçməyib", - Timakov bildirib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR