Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydıFransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.
KONKRET.az-ın məlumatına görə, bəyanata qeyd edilir ki, Fransa Silahlı Qüvvələri 19 sentyabrda yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələnib, onlardan biri ölüb, digəri ağır yaralanıb.
Eyni zamanda, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb. Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər.
Bəyanatı təqdim edirik:
"KANAK XALQININ SOYQIRIMINA SON!
Kanak xalqı üçün bu cümə axşamı matəm elan edilib: Belə ki Pyer Deklerkin üstü açılmamış qətlindən 43 il sonra və Viktor əməliyyatından 36 il sonra tarix təkrarlanır.
FLNKS (Kanak Sosialist Milli Azadlıq Cəbhəsi) bu səhər Mont Dore kommunası olan Sent-Lui qəbiləsinə aid ərazidə iki gənc kanakın hüquq-mühafizə orqanları tərəfindən güllələnməsi ilə əlaqədar olaraq baş vermiş faciəli hadisəyə görə dərin qəzəb və kədərini bildirir.
FLNKS sözügedən gənclərdən birini öldürməyə çəkinməyən hüquq-mühafizə orqanlarının istifadə etdiyi barbar və alçaldıcı üsulları pisləyir. Bu ölümlərin sayı 2024-cü ilin may ayından bəri getdikcə artır. Artıq ikisi jandarm olmaqla 13 nəfər həyatını itirib.
Biz ölkəmizin cənubunda, xüsusən də militarizasiya və təzyiqin olduğu Sent-Luis qəsəbəsində hərbi müdaxilələrin dərhal dayandırılmasını tələb edirik.
FLNKS-in 30 Avqust – 1 Sentyabr 2024-cü il tarixlərində baş tutmuş son qurultayından sonra Kumak Paqu Kommunasında vəziyyətin yumşalmasının şahidi olduq. Belə ki, bütün ərazi üzrə blokadalar tədricən qaldırıldı. Yalnız Sent Luisdə vəziyyət qeyri-stabil olaraq qalırdı.
Məhz bu məqsədlə Cəbhə FLNKS, CCAT (Ərazilərin Kooridinasiyası Şəbəkəsi) və Sent-Luis əhalisi arasında Konqresinin qərarlarını çatdırmaq üçün sentyabrın 8-də görüş təşkil etdi. Sonrakı günlərdə böhranın qan tökülmədən həll edilməsi məqsədilə qəsəbədə başçılarla Ali Komissiya arasında digər görüşlər də təşkil edildi.
Lakin dövlət (Fransa) Ali Komissarlıq və Prokuror olan yerli nümayəndələri vasitəsilə (biz onların repatriasiyasını dəfələrlə tələb etmişik), ektremist sağçıların təsirilə ancaq kanakları öldürməyə qərar veriblər.
FLNKS bütün əhalini ağrılara və təxribatlara baxmayaraq, zorakılığa təslim olmamağa çağırır. Bu gün həmişəkindən daha çox sülh və ədalət üçün, ölkəmizin sabitliyinin qorunması naminə fəaliyyətlərimizə davam etməliyik.
Yeni Kaledoniyadakı vəziyyətin ciddiliyini nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müraciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək etmək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsini xahiş edirik. Numea sazişində götürülmüş öhdəliklərə uyğun olaraq Kanak xalqının tam suverenlik üçün istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcəyi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edirik.
Nəhayət, FLNKS Sent-Luis qəsəbəsinə, onun əhalisinə, aidiyyəti ailələrə öz dəstəyini verir, gəncləri öz həyatlarını qorumağa və ümumilikdə əhalini tam məsuliyyətlə səfərbər olmağa çağırırıq".(report)
Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydıYeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydıYeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Siyasi       Tarix: 21 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler kriminal bugun butun xeberler cəbhədən görüntüleri