Yeni mərhələ başlayır: "Xomenei gedəcək, Urmiyadakı etirazlar isə..." - MÜHÜM GƏLİŞMƏ
"İran hakimiyyəti Güney Azərbaycan ərazisini müxtəlif ostanlara bölməklə əslində azərbaycanlıların kompakt yaşadığı ərazilərin coğrafiyasını kiçiltməyə çalışır. Bununla da həmin regionlara qeyri millətlərin, xüsusən də kürdlərin köçürülməsini təmin etmək istəyir. Belə regionlardan biri də Urmiya ərazisidir. Urmiyada yaşayan soydaşlarımızın başlatdığı etiraz aksiyasından və səsləndirilən şüarlardan da görünür ki, xalq süni şəkildə demoqrafik tərkibin dəyişdirilməsinin əleyhinədir".
Bu fikirləri Urmiyadakı etirazları KONKRET.az-a şərh edən politoloq Taleh Əliyev səsləndirib.
"Bu insanlar Azərbaycanın birliyini və müstəqilliyini təlqin edən şüarlar səsləndirirlər. Rejimin xalqın haqlı tələblərinə əməl edəcəyi inandırıcı görünmür. Amma aksiya iştirakçılarının dərhal həbsi, onlara qarşı kütləvi repressiyaların tətbiqi etirazların tarixi Təbriz, ərdəbil və digər ərazilərə sıçrayacağını deməyə əsas verir. Ona görə də, İran hakimiyyəti bu hadisələrin qarşısını almaq üçün Urmiyaya giriş-çıxışı məhdudlaşdıra bilər. Bununla da fəallıq edən şəxslərin qondarma həbsi baş verəcək. Amma biz aksiyada səsləndirilən şüarlardan da görürük ki, bu gün Güney Azərbaycanın milli azadlıq hərəkatı urmiyalı soydaşlarımızın timsalında özünün milli kimlik şüuruun yüksək səviyyəsinə çatıb. Bu proses İranda daxili böhranın getdikcə dərinləşməsi fonunda Güney Azərbaycanın real müstəqillik hərəkatına çevrilməsinin əsasını qoya bilər. Təbii ki, baş verənləri bu gün İranla açıq qarşıdurma mərhələsində olan ABŞ və İsrail də izləyir. Hər hansısa bir fornada prosesin dərinləşməsində bu kimi mərkəzlərin də maraqlı olması mümkündür. Düşünürəm ki, hər şey İran hakimiyyətinin bundan sonra atacağı addımlardan asılı olacaq. Urmiya hərəkatı bütövlükdə İran coğrafiyasında yeni mərhələnin başlanğıcına çevrilə bilər, yaxud İran hakimiyyəti daha təmkinli addım atmaqla aksiyanın məqsədinə çatmadan dayandırılmasına nail olacaq. Amma proseslər yeni başlandığından konkret fikir səsləndirmək çətindir. Ancaq vəziyyət olduqca gərgindir. Eyni zamanda ABŞ-ın İranı hədələməsi Tehranın daxili və xarici vəziyyətinin günü-gündən ağırlaşdığını göstərir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir