Yeni müharibə: İran 24 saat ərzində İsrailə hücum edəcək
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi gözlənilir.
KONKRET.azxəbər verir ki,İsrail və Qərb mətbuatı hücumun tezliklə başlaya biləcəyini yazır.
İran Haniyənin öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığını bildirib. İsrail hücumda iştirak etdiyini təsdiqləməyib. Tehran hücuma görə cavab veriləcəyinə, İsraildən qisas alınacağına söz verib.
Qeyd olunur ki, hücum İranın aprel ayında Suriyada öldürülən generallara görə İsrailə birbaşa endirdiyi zərbələrdən daha güclü ola bilər.
Bir neçə Qərb mətbuatı İranın avqustun 5-də hücum edəcəyini bildirir. "Axios" portalı isə yazır ki, ABŞ İranın İsraili dəqiq nə vaxt vurmaq niyyətində olduğunu bilmir. Məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan həmkarlarına bildirib ki, Vaşinqton hücumun 24-48 saat ərzində olacağını gözləyir. (yenisabah)

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar