Yeni Tramp administrasiyası və reallıqlar - Dünyada hansı dəyişikliklər gözlənilir?

Yeni Tramp administrasiyası və reallıqlar - Dünyada hansı dəyişikliklər gözlənilir?Trampın dövlət katibi vəzifəsinə namizəd göstərdiyi Marko Rubio həmin vəzifəyə təsdiq olunarsa, yeni administrasiyanın əsas fiquruna çevrilə bilər. Bunu ekspertlər bildirir və gümün edirlər ki, Rubio böyük nüvuza malikdir. O, bu yaxınlarda ABŞ-nin İranla bağlı gələcək siyasətinin əsas istiqamətlərini açıqlayıb.
Rubionun xarici siyasətə yanaşması onun Xarici Əlaqələr Komitəsində və Senatın Kəşfiyyat Komitəsində işlədiyi illərdən qaynaqlanır. O, çıxışlarında ABŞ-nin qlobal maraqlarına qarşı artan hərbi və iqtisadi təhlükələr barədə xəbərdarlıq edir. Ola bilsin ki, Rubio Amerika xarici siyasətinin lideri olacaq, baxmayaraq ki, onun rolu şübhəsiz ki, Trampdan sonra ikinci planda qalacaq. ABŞ-nin yeni seçilmiş prezidentinin kortəbiiliyi və əvvəlki administrasiya dövründə həmkarları ilə ziddiyyətləri, bir-birinin ardınca əməkdaşları işdən çıxarması onun siyasətinin gözlənilməz tərəfidir. Hər halda, Rubionun açıqlamalarından müəyyən dərəcədə prezidentin planlarını mühakimə etmək olar.
Dövlət katibləri bütün dövrlərdə ABŞ-nin xarici siyasətinin formalaşmasında əsas rol oynayıblar. Cefferson, eləcə də onun 19-cu əsrdəki xələfləri Ceyms Medison, Ceyms Monro, Con Quinsi Adams, Martin Van Buren və Ceyms Byukanan sonradan prezident seçiliblər. 2004-cü il prezident seçkilərində prezident Corc Buşa uduzan Con Kerri və 2016-cı il seçkilərində Trampa məğlub olan Hillari Klinton da daxil olmaqla, son dövrlərin dövlət katibləri siyasi ambisiyalarında daha az uğur qazanıblar. Trampın ilk dövlət katibi Reks Tillersonla çox pis münasibəti var idi. Teamp onunla cəmi iki il işlədi. Daha sonra sosial şəbəkələrdəki paylaşımı onun karyerasının sonunu gətirdi. Rubio da bunları yaxşı bilir və Trampla ehtiyatlı davranmalıdır. Üç gün əvvəl ABŞ qanunvericiləri qarşısında çıxış edən Rubio bir sıra mühüm açıqlamalar verib. Əslində o, Trampın beynəlxalq planlarından danışıb.
Marko Rubio İranla bağlı bəzi açıqlamalarla diqqət çəkib. Onun çıxışında çox aydın, tutarlı şəkildə təqdim etdiyi bir sıra məqamlar var idi ki, bu da o deməkdir ki, onlar Vaşinqton administrasiyasının gələcək siyasəti üçün əsas ola bilər.
O, ilk növbədə İran xalqı ilə ölkəni idarə edən radikal ruhanilər arasında fərq qoymağın vacibliyini vurğulayıb. Rubio deyib ki, iranlılar qədim sivilizasiya və mədəniyyətə malik xalqdır, halbuki mövcud rejim onların dəyərlərini əks etdirmir. Rubio daha sonra qeyd edib ki, İran indi son illərin ən zəif mövqeyindədir və bunun əsasında üç amil dayanır: çökən iqtisadiyyat, enerji problemləri və regionda nüfuzun itirilməsi. Həqiqətən də İran eyni vaxtda çökən valyuta, illik 40 faizlik inflyasiya, təxminən 70 faiz yoxsulluq və enerji böhranı yaşayır ki, bu da hakimiyyətin qışda yüzlərlə müəssisə və dövlət qurumunun elektrik enerjisini kəsməsinə səbəb olub. Bütün bunlar ağır hərbi-siyasi məğlubiyyət fonunda baş verib. Tehran Suriyada dayağını itirib, proksiləri Hizbullah və HƏMAS isə İsrailin zərbələri nəticəsində zəifləyib. Amerikalılar yəqin ki, İranın zəifliyindən istifadə edərək ona təzyiq etmək istəyəcəklər. Rubio həmçinin qeyd edib ki, İran rejimi daxilində həll yolu tapmaq üçün iki yanaşma var. Biri böhrandan çıxış yolu axtarmaq, digəri isə nüvə silahının gücləndirilməsinə yönəlib. Rubionun senatorlar qarşısında çıxışının ən mühüm hissəsi onun etdiyi xəbərdarlıqlar olub. Əvvəlcə o, İranın nüvə gücünə çevrilə bilməyəcəyini bildirib.
Daha sonra deyib ki, ABŞ Tehranın Yaxın Şərqdəki qonşularını təhdid etməyə imkan verməyəcək.İkincisi, o qeyd edib ki, Hizbullahın bərpası İranın hərbi gücünün artmasına şərait yarada bilər.
Üçüncüsü, o, İranın yüksək rütbəli Amerika rəsmilərinə sui-qəsd təşkil etmək cəhdləri kimi real təhlükələri xatırladıb.
Hamısı birlikdə Vaşinqtonun İran rejiminə qarşı sərt gələcək yanaşmasına işarə edir. Bunu "Bloomberg"in Tramp komandasının fəaliyyətinin bəzi sahələri ilə bağlı dərc etdiyi hesabatlar da sübut edir. Nəşr yazır ki, yeni seçilmiş prezidentin müşavirləri arasında onun gələcək siyasətinin bəzi istiqamətləri ilə bağlı yekdil fikir var. İrana qarşı maksimum təzyiq siyasətinə qayıtmaq və andiçmə mərasimindən dərhal sonra ona qarşı geniş sanksiyalar tətbiq etməkdir. Söhbət neft sənayesindəki əsas oyunçulara təsir edəcək və hələ fevralda həyata keçirilmə ehtimalı olan sanksiyalar paketindən gedir. Trampın birinci dövründə oxşar yanaşma İran neftinin ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Həmin vaxt İran neftinin ixracı gündəlik təxminən 700 min barel təçkil edirdi. Bayden vəzifəyə gəldikdən sonra İranın neft ixracı gündəlik təxminən 2 milyon barrelə yüksəlib və bunun da 90 faizi Çinə ixrac edilir.
Trampın yanaşması neft qiymətlərinin artmasına səbəb ola bilər. Vaşinqtonun dünyanın aparıcı neft istehsalçılarına – Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir vaxtda neft bazarında tədarük və qiymətlərdə ciddi pozuntuların qarşısını necə almaq olar? Üstəlik Venesuelaya tətbiq edilən sanksiyaları da nəzərə alsaq, Tramp dövründə dünyanın neft bazarında qıtlıq müşahidə olunacaq.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 18 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu xeberler az cəbhədən son görüntülər cebheden xeberler