Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTO

Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTOYeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTO
Tədqiqatçılar müəyyən ediblər ki, havadakı kiçik hissəciklər sağlam yeniyetmələrdə anormal ürək ritmlərinə, hətta qəfil ölümünə səbəb ola bilər.
Bununla bağlı tədqiqatlar "Journal of the American Heart Association" jurnalında dərc olunub.
Tədqiqatçılar ABŞ-da yaşayan 322 yeniyetmənin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılarda ciddi ürək-damar xəstəlikləri olmayıb, bundan başqa onlarda nizamsız ürək ritmi riski az olub.
Təcrübəyə görə, yeniyetmələr nefelometrdən istifadə edərək 2,5 mikrondan az hissəciklər olan havanı udublar. Bundan sonra elm adamları "Holter monitoru" adlanan daşınabilən cihazdan istifadə edərək hər bir yeniyetmənin 24 saat ərzində ürək döyüntüsünü izləyiblər. İştirakçıların 79%-də ritm pozğunluğu müəyyən olunub.
Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTOQeyd edilir ki, aritmiya adətən heç bir şəkildə özünü büruzə vermir və pasiyentlərin əksəriyyətinə tibbi yardım tələb olunmur. Bununla belə nadir hallarda olsa belə qeyri-müntəzəm ürək ritmi, hətta gənc və sağlam insanlarda da qəfil ürək tutmasına, ölümə səbəb ola bilər.
O da vurğulanır ki, 2,5 mikrondan kiçik hissəciklər asanlıqla tənəffüs edilir və ağciyərlər vasitəsilə qan dövranına daxil olur. Bu hissəciklər adətən yanacağın yanması zamanı və ya meşə yanğınları nəticəsində atmosferə buraxılırlar.
Alimlərin istifadə etdiyi hissəciklərin konsentrasiyası ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) müəyyən etdiyi standartlardan iki dəfə aşağı olub. Bu səbəbdən tədqiqatlar maksimum icazə verilən konsentrasiyaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTOMənbə: Gazeta.ru

Maraqlı       Tarix: 16 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az