Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Beynəlxalq alimlər qrupu 2017-ci ildə istehsalının guya tamamilə dayandırılmağına baxmayaraq, Yerin atmosferində güclü istixana qazının — triftormetanın səviyyəsinin artdığını müəyyən ediblər.
Bu barədə "Phys.org" nəşrində Bristol Universiteti tərəfindən yerləşdirilən press-relizdə deyilir.
Triflormetan tullantılarının bir tonu 12 min tondan çox karbon qazına ekvivalentdir. Bu qaz sənayedə, demək olar, tətbiq olunmur, lakin inkişaf etməkdə olan ölkələrdə soyutma sistemlərində geniş istifadə olunan digər kimyəvi maddələrin istehsalı nəticəsində yaranır. Qazı fraksiyalara ayıran qurğulardan (QFQ) ən çox istifadə edən Hindistan və Çin 2015-ci ildə qaz tullantılarını azaltmaq niyyətində olduqlarını açıqlamışdılar, 2017-ci ildə isə həmin ölkələrin hökumətləri bu qurğulardan, demək olar ki, tamamilə imtina etdiklərini bildirmişdilər.
Alimlər 2015-ci ildən 2017-ci ilə qədər QFQ tullantılarının konsentrasiyasının Yer atmosferində azalmağa başlayacağını gözləyirdilər. Lakin yeni bir araşdırma göstərib ki, bu qazların həcmi əksinə artaraq, 2018-ci ildə rekord səviyyəyə çatıb.
Tədqiqatçıların fikrincə, artımın səbəbi Çin və Hindistanın dedikləri kimi triftormetanın ləğv edilməsi proqramını uğurla yerinə yetirməmələri ilə bağlıdır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb