Yevlaxda narkotik alverçiləri saxlanıldı
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılaraq PŞ-nə gətirilib.
Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükülüdə 42 qramdan artıq narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükülüdə 10 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı İ.Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib.
Davam etdirilən tədbirlərlə Yevlax şəhər sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də saxlanılıb.
Onun üzərində aparılan axtarış zamanı satış məqsədi ilə gəzdirdiyi 1 ədəd sellofan bükülüdə heroin aşkar edilərək götürülüb.
Saxlanılan hər iki şəxs barəsində Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı