Yod kletkası çəkmənin orqanizmə faydası varmı?

Yod kletkası çəkmənin orqanizmə faydası varmı?İnsan orqanizmində bir çox xəstəliklər zamanı biz xəstə nahiyəmizə yod kletkası çəkirik. İndi hər bir evin dərman qutusunda yod məhlulu var və demək olar ki, hamı yod kletkasından lazım olan vaxt istifadə edir.
Yod kletkası xəstəliklərin müalicəsində effektli sayılmır, amma ondan xalq arasında geniş istifadə edilir. Belə ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir.
Yod kletkasından soyuqdəmə və osteoxondroz ağrıları zamanı daha çox istifadə edilir və faydalı olur. Bəs bunun səbəbi nədir?
Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdlr ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz.
Mütəxəssislər ehtiyacı olan adamın dərisinə birbaşa yod sürtməyi məsləhət bilmir. Çünki yoda qarşı allergiyası olan adamların dərisində müxtəlif patoloji əlamətlər meydana çıxa bilər. Bunun baş verməməsi üçün əvvəlcə dərinin kiçik bir hissəsinə yod sürtüb 10-15 dəqiqə gözləmək lazımdır. Əgər dəridə qızartı izi yoxdursa,  o zaman ehtiyacı olan adamın dərisinə yod sürtmək olar.
Yod kletkasından ən çox aşağıdakı xəstəliklərdə istifadə edilir:
* radikulit
* osteoxondroz
* varikoz genəlmə
* tromboflebit
* astma, angina, bronxit
* mialgiya, nevralgiya
* gərilmələr, travmalar, qanaxmalar
* frunkul, karbonkul və abseslər
* mastit
* qalxanabənzər vəzi xəstəlikləri.
Yod kletkası çəkmək üçün 5%-li yod məhlulundan istifadə edilir. Bu zaman məhlul pambıq tampona batırılır və 1x1 sm ölçüdə kvadratlar şəklində ağrıyan nahiyəyə çəkilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber kriminal ən son xəbərlər şou biznes xəbərləri