Yol Polisi bu sürücüləri tam nəzarətə götürür

Yol Polisi bu sürücüləri tam nəzarətə götürür Yol Polisi bu sürücüləri tam nəzarətə götürür
Son zamanlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan görünür ki, narkotik vasitələrdən istifadə edərək sükan arxasına keçən bəzi sürücülər yollarda ciddi təhlükə yaradırlar. Bu isə cəmiyyətdə ciddi narahatlığa səbəb olur. 
Bəs bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu faktları yol polisi əməkdaşları necə aşkar edir və sürücülərə hansı məsuliyyət nəzərdə tutulub?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Oxu.Az-a açıqlama verib. 
R.Quliyevin sözlərinə görə, Daxili İşlər Orqanlarında, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsində də narkomaniyaya qarşı kompleks tədbirlər həyata keçirilir:
"Təəssüf ki, narkomaniya problemi ölkəmizdən də yan keçməyib. Son zamanlar, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə hallarına rast gəlinməsi isə daha ciddi təhlükələrdən xəbər verir.
Müntəzəm marşrut xətti üzrə avtobus idarə edən şəxslər tərəfindən hətta nəqliyyat vasitəsinin sükanı arxasında narkotik qəbul edilməsi faktlarının qeydə alınması bütün əlaqədar qurumları və cəmiyyəti bu dəhşətli bəlaya qarşı mübarizədə səfərbər etməlidir".
Rüfət Quliyevin sözlərinə görə, əməkdaşlar bu sahədə aparılan mübarizə tədbirlərində aktiv iştirakçılığa cəlb edilməklə yanaşı, onlar müvafiq texniki avadanlıqlarla da təchiz edilib:
"Sürücülər arasında narkotik vasitə və ya psixotrop maddə qəbul etmiş şəxslərin aşkar edilməsi üçün təkcə DYP-nin stasionar postlarında deyil, YPX avtomobillərində də narkotesterlər mövcuddur. Həmin cihazlar sürücünün ağız suyundan götürülmüş nümunə əsasında daha çox yayılmış bir neçə adda narkotik vasitə barədə məlumat verə bilir".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və bu vəziyyətdə törədilən inzibati xətalara görə  - inzibati cərimə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması, inzibati həbs kimi çox ciddi inzibati tənbeh tədbirləri nəzərdə tutulub.
Şöbə rəisi onu da əlavə edib ki, bu sahədə narahatlıq doğuran digər bir məsələ isə sürücülərin səhhətləri ilə əlaqədar qəbul etdiyi və yuxu gətirə biləcək dərmanlardır:
"Belə ki, sürücülərin tərkibində yuxu, halsızlıq gətirən maddələrin mövcud olduğu dərman preparatlarını qəbul etdikdən sonra sükan arxasına əyləşməzdən qabaq mütəxəssislərlə məsləhət etməlidirlər. Sürücülər bilməlidirlər ki, hər hansı dərman preparatını qəbul etməzdən əvvəl mütləq həkim rəyini öyrənmək, ən pis halda preparatın istifadə qaydaları ilə tanış olmaq, yarana biləcək əks göstəriciləri nəzərə almaq lazımdır".
BDYPİ-nin rəsmisi onu da qeyd edib ki, məlumatsız şəkildə, analoji yanaşma prinsipi və ya "bir dəfədən heç nə olmaz" kimi yanlış düşüncə ilə dərman qəbul edib sükan arxasına oturmaq qətiyyən yolverilməzdir və belə halların doğurduğu bədbəxt hadisələr unudulmamalıdır.
Könül Cəfərli   /oxu.az

Sosial       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele valyuta mezennesi son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər