Yol Polisindən sürücülərə xəbərdarlıq: "Avtomobillərdə texniki cəhətdən nasazlıq varsa...
Yol Polisindən sürücülərə xəbərdarlıq: "Avtomobillərdə texniki cəhətdən nasazlıq varsa..."
Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
BDYP-dən Oxu.Az-a bildirilib ki, müşahidələr göstərir ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.
Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Xatırladırıq ki, müvafiq yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vaitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. /oxu.az

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev
Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
Kevin Hamilton Azərbaycana səfər edəcək
Paşinyan: Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir
Moskva Ukrayna ilə bağlı QƏRARINI VERDİ - Putinin köməkçisindən ŞOK AÇIQLAMA
Pirallahıda saxta vəkil həbs olundu
Cəlilabadda məktəblilər dalaşdı, birinin atası bıçaqlandı - YENİLƏNİB
Ana evdə siqaret çəkən oğlunu məhkəməyə verdi
Piyadanı təyyarə vurdu - FOTO
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu
Cümhuriyyətin QATİLİ: İldırımın BÖYÜK XƏYANƏTİ
İran bu ölkəyə də xəbərdarlıq etdi
10 ildir festivallara eyni adamları çağırırsınız, bizi görmürsünüz?
"Hayal Kahvesi"nin rəhbərliyi cəzalandırıldı
Aytəkinin verilişi ilə bağlı qərar verildi