"Yüksəliş" müsabiqəsi "Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər" mövzusunda vebinar təşkil edib

"Yüksəliş" müsabiqəsi "Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər" mövzusunda vebinar təşkil edibAvqustun 28-də "Yüksəliş" müsabiqəsinin İşçi Qrupu tərəfindən "Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər" mövzusunda vebinar keçirilib. Vebinarı müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdim edib. Vebinara "Yüksəliş" layihəsinin 400-ə yaxın iştirakçısı qatılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, kollegiyanın sədri ölkəmizdə aparılan geniş spektrli iqtisadi, sosial, hüquqi və digər islahatlar istiqamətində cənab Prezident İlham Əliyevin idarəçilik taktikası və örnək metodlarından yararlanmaq, ixtisaslaşdığı sahədən asılı olmayaraq ölkənin hüquq və qanunvericilik sistemi və bu sahədə baş verən yeniliklər barədə məlumatlı olmaq, idarəçinin şəxsi keyfiyyətləri, uğur əldə etmək üçün komanda işinin təşkili ilə bağlı danışıb.
Anar Bağırov vurğulayıb ki, hər bir idarəçi, dövlətin əhəmiyyətli postlarında yer tutan rəhbər şəxslər üçün təvazökarlıq, dürüstlük, təkəbbürdən uzaq olmaq əsas şəxsi keyfiyyətlərdir. Eyni zamanda, fikirlərində səmimi və bu səmimiyyəti əhatəsinə transfer edə bilən, əmin olduğu məqamlarda qərar qəbul etməkdə qətiyyətli idarəçi ətrafındakılarda güvən yaradır. Təcrübə ilə qazanılan keyfiyyətlərə isə əməkdaşlarını motivasiya etmək, mükəmməl kommunikasiya, rəvan ünsiyyət qurmaq, şəxsi nümunə, ideyalarını bölüşə bilmək və kritik fikirləri qəbul etmək bacarıqları daxildir. Anar Bağırov həmçinin bildirib ki, rəhbərin əlçatan olması, əməkdaşları ilə fikir mübadiləsinə şərait yaratması, yeni ideyaların birgə müzakirəsi düzgün qərar qəbuletmə və uğurlu nəticə üçün vacib amillərdəndir.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda əyani mərhələnin keçirilməsinə hazırlaşan müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini də nəzərdə tutur.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 30 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az