Yumurtanı belə yemək olmaz! - Mütəxəssislər
İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.
Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var. Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.
İkinci zərər isə brlə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.
Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.
Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ