"Yurddaş" rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: "Layiqli cəzasını alacaq

"Yurddaş" rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: "Layiqli cəzasını alacaq"Yurddaş" rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: "Layiqli cəzasını alacaq"
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin həmin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.
Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa əks mövqedə duran insanlar var.
Onlar ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə qarşı hüquqa və mənəviyyata sığmayan hərəkətlər ediblər.
Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama ittihamları ilə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətlərinin başçılarının taleyindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.
Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verib.
Buna baxmayaraq, Biləsuvarın icra başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.
Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.
Mövzu barədə Oxu.Az-a danışan "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib ki, bəzi məmurlar ən həssas dönəmdə belə özlərinin çirkin əməllərindən əl çəkmirlər:
"Belə şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar xalqa qanunların diktə etdiyi şəkildə xidmət etmirlər, öz maraqlarını hər şeydən üstün tuturlar. Biləsuvarın icra başçısı Mahir Quliyev karantin rejimi ilə əlaqədar yardıma ehtiyacı olan insanlara sosial dəstək çərçivəsində ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsini mənimsəyib. O, həm də icra hakimiyyətinin sərəncamında olan vəsaitlərdən öz mənafeyi naminə istifadə edib".
"Yurddaş" rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: "Layiqli cəzasını alacaqPartiya sədrinin sözlərinə görə, Mahir Quliyevin əməlləri dövlətin sərt münasibəti ilə qarşılaşdı.
"Onu qandallayıb məhkəmə qarşısına çıxardılar. Barəsində həbs-qətimkan tədbiri seçildi. Əminəm ki, o, layiqli cəzasını alacaq", - deyə M.Səfərli əlavə edib.
Partiya sədri düşünür ki, bütün bunlar Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığının göstəricisidir:
"Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə həyata keçirilən islahatların, kadr dəyişikliklərinin mühüm göstəricilərindən biridir. Dövlət başçısı dəfələrlə deyib ki, xalqa xidmət etməyən məmurlar bizə lazım deyil".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da keçirdiyi əməliyyatla Biləsuvarın icra başçısı Mahir Quliyev saxlanılıb.
Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Mahir Quliyev Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib.
Aqşin Kərimov

Siyasi       Tarix: 02 may 2020
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber dunyada son xeberler son xeberler azerbaycan