Yuxusuzluqdan əziyyət çəkənlərin dərdinə dərman içkilər - FOTO
Yuxusuzluqdan əziyyət çəkənlərin dərdinə dərman içkilər - FOTO
Yatmazdan əvvəl istehlak edilə biləcək ən mükəmməl içki süddür. Bu məhsul ilıq şəkildə qəbul edildikdə tərkibində stres səviyyəsini azaldan amin turşulu triptofan sayəsində rahatlaşdırıcı təsirə malikdir.
Bu barədə rusiyalı diyetoloq Kristina Plotnikova danışıb.
Bununla belə, o, bəzi insanlarda süd məhsullarının şişkinliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Diyetoloq, həmçinin bitki çaylarının da faydalı olduğunu bildirib. Həkimin sözlərinə görə bir çox otların tərkibində antioksidantlar və immunitet sistemini gücləndirən digər maddələr var.
"Melissa, nanə, lavanda və kəklikotu yuxunu yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır. Çobanyastığı, damotu və valeryan sakitləşdirir, narahatlığı azaldır. Həmçinin çobanyastığı, razyana və ya zəncəfildən hazırlanan bitki çayı həzmi asanlaşdırır", - deyə mütəxəssis bildirib.
Diyetoloq söhbətində keçibuynuzu meyvəsindən hazırlanan içkiyə də toxunub. Onun sözlərinə görə, kakao dadı verən bu meyvə bir çox faydalı xüsusiyyətlərə malikdir.
"Bu içki yuxunun keyfiyyətini yaxşılaşdırır, çünki tərkibində təbii barbiturat laykopodin var. Keçibuynuzu, həmçinin stresi azaldan, əhvali-ruhiyyəni yaxşılaşdıran maqnezium kalsiumu, immunitet sistemini gücləndirməyə, bədəni xəstəliklərdən qorumağa kömək edən vitamin və mineralları, eyni zamanda qanda qlükoza səviyyəsini tənzimləyən, həzmi yaxşılaşdıran həll olunan lifləri özündə ehtiva edir", - deyə Plotnikova sözlərini yekunlaşdırıb.
Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR