Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttində - VİDEO
Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə xəttində - VİDEO
Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələri ziyarət edib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir.
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin, bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.
Görüşlər zamanı burada yaradılan şəraitlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıblar.
Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Hərbi qulluqçular və onların ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.















Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb