Zakir Qaralov geri qayıdır? – Yeni vəzifə istəyir
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov Ali Məhkəmənin hakimi olmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxın ətrafından bildirilib.
Məlumata görə, bu yaxınlarda Ali Məhkəmənin bir neçə hakiminin təqaüdə göndərilməsi bu instansiyada vakansiya yaradıb.
Baş prokuror olduğu dövrdə prokurorluq orqanlarında rüşvət və korrupsiya hallarına geniş meydan açan Zakir Qaralovun mənfi imici onun bu posta buraxılmasını sual altına salıb.
Onu da qeyd edək ki, Qaralovun işdən azad ediləndən sonra da Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə hakim getmək istəyi olsa da bu baş vermədi.
Görünür, sabiq baş prokurorun xüsusilə, "Tərtər İşgəncə"lərində əsas məsuliyyət daşıması və onun haqqında medianın ifşaedici yazıları bu prosesin qarşısını alıb.
İndi görünür, bunların unudulduğunu düşünən Zakir Qaralov yenidən bu istəyə düşüb.
Ancaq onun indiki məqamda Ali Məhkəməyə hakim gəlməsi bu sahədə islahatlar apardığını iddia edən İnam Kərimovun reputasiyasının darmadağın olması deməkdir.
Ona görə də İnam Kərimov ölkənin ali rəhbərliyini inandırmalıdır ki, Zakir Qaralovun hakim olması ümumi mənzərənin ziyanınadır.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu