Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb
Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb
Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.
Nail İsmayılovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobildə olan Zaqatalanın Çobankol kənd sakinləri – 1994-cü il təvəllüdlü Abdulsəməd Elxan oğlu Mahmudov və 1999-cu il təvəllüdlü Abdulhəmid Elxan oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qardaşlardan Abdulsəmədə qapalı kəllə-beyin travması, Abdulhəmidə isə sağ ayağının travması diaqnozu qoyulub.
Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR