Zatulindən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: "Moskva cavab addımları atmağa hazırdır"
"Başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Ölkəmizi hədəfə alan açıqlamasında Zatulin bildirib ki, Azərbaycan üçün Rusiya ilə münasibətlərdə nə qədər əyilməz olduğunu göstərmək vacibdir Onun sözlərinə görə, Moskva cavab addımları atmağa hazırdır və Rusiya Azərbaycanın müttəfiq olmadığına dair nəticə çıxarmalıdır.
"Başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın analoji strukturları var. Bizim cavab addımları atmağımız düzgün olardı. Onlar heç vaxt bizim tam hüquqlu müttəfiqimiz olmayıb. Türkiyənin müttəfiqi olublar və bu, belə də davam edir. Azərbaycan bizə deyil, Türkiyəyə yönəlib", – deyə Zatulin vurğulayıb.
Aydındır ki, son günlər rəsmi Bakının ölkədəki xarici casus şəbəkəsinə qarşı atdığı qətiyyətli addımlar fonunda Rusiya mediası və ayrı-ayrı şəxslərin simasında siyasi dairələr Azərbaycana qarşı sərt ritorikaya strat verib. Lakin düzgün seçilməyən arqumentlər, əsassız ittihamlar səsləndirilən bütün iddiaların qərəzliliyini gün kimi ortaya çıxarır. Görünür Zatulin Bakının Moskva ilə 2022-ci ildə imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni unudur, yaxud Qərbin sərt sanksiyalarına və təhdidlərinə rəğmən Azərbaycanın Moskva ilə əlaqələri daim yüksək səviyyədə saxlamağa çalışdığını yadından çıxarır. Ancaq söhbət milli və dövlət təhlükəsizliyindən gedirsə, təbii ki, rəsmi Bakı heç kimə güzəştə getməyəcək. USAID, "Rus Evi" kimi milli maraqlarımıza zidd olan təşkilatların fəaliyyəti əlbəttə ki, dayandırılacaq. Odur ki, Zatulin və onun kimilər bu cür sərt ritorikaya keçməzdən əvvəl papaqlarını qabaqlarına qoyub yaxşıca fikirləşməlidirlər.
Xatırladaq ki, Azərbaycan tərəfi Rusiyaya nota göndərərək Bakıdakı "Rus Evi"nin bağlanmasını istəyib. Səbəb olaraq bu qurumun milli maraqlarımıza uyğun gəlmədiyi göstərilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı