Zaxarova Bakının "Sputnik Azərbaycan"ı bağlamaq qərarına belə REAKSİYA VERDİ
"Rusiya Xarici İşlər Nazirliyi "Sputnik Azərbaycan" agentliyinin ölkədəki fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan tərəfi ilə təmaslarını davam etdirir".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O qeyd edib ki, Rusiya bu vacib məsələyə dair öz mövqeyini Azərbaycan tərəfinə çatdırıb və məsələnin konstruktiv dialoq əsasında həllinə ümid edir:
"Biz tərəfdaşlarımızın gələcək addımlarında Rusiya və Azərbaycan arasında mövcud olan müttəfiqlik münasibətlərini nəzərə alacaqlarına və ikitərəfli əlaqələrə zərər vurmamaq üçün addımlar atacaqlarına inanırıq".
Zaxarova, həmçinin Rusiya tərəfinin Azərbaycanın məsələyə dair mövqeyini və mövcud qanunvericiliyə əsaslanan arqumentlərini anladığını vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəfi qane edəcək həll yolları tapmaq və mövcud vəziyyəti nizamlamaq üçün imkanlar mövcuddur.
Qeyd edək ki, fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ölkədə BBC və "Rossiya Seqodnya" (Sputnik Azərbaycan) nümayəndəliklərinin bağlandığını açıqlamışdı.
Aysu İbrahimova
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı