Zelenski İlham Əliyevə təşəkkür etdi
"Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam".
KONKRET.az xəbər verir ki, bunu Ukraynada Prezident İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə Prezident Volodimir Zelenski deyib.
"COVID həqiqətən ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək.
Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək.
Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər.
Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil.
Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.
Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil", – Zelenski qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı