Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI: "Tramp ilə görüşə..."
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin ABŞ-nin keçmiş prezidenti Donald Trampla planlaşdırılan görüşə qoşula biləcəyini açıqlayıb.
KONKRET.azxəbər verir ki o, bu barədə jurnalistlərə verdiyi açıqlamada danışıb.
"Biz istərdik ki, avropalılar da iştirak etsin. Hamımızın bir gündə toplaşa biləcəyimizə əmin deyiləm. Görüş oflayn formatda ola bilər, amma ən azı onlayn bağlantı ilə tərəfdaşlarımızın əlaqədə olacağını düşünürəm", – deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, Trampla görüş zamanı əsas müzakirə mövzularından biri Rusiyaya təzyiqlərin artırılması olacaq. Onun sözlərinə görə, məqsəd Moskvanı sülh sazişinə razı salmaqdır.
Zelenski vurğulayıb ki, Rusiya tərəfi daim sülhdən imtina etmək üçün müxtəlif bəhanələr axtarır və əgər bu, yenidən baş verərsə, bu, göstərir ki, mövcud təzyiqlər kifayət etmir.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib