"Zəngəzur dəhlizinin açılması Paşinyanın iradəsindən asılı deyil' - Deputat
"Zəngəzur dəhlizinin açılması Paşinyanın iradəsindən asılı deyil. Artıq bu məsələ həll olunmuş məsələdir".
Bu sözəri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Brüsseldə Azərbaycan və Ermənistan başçılarının görüşünə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Paşinyan 1 il ərzində vaxt qazanmaq üçün bəhanələr gətirib:
"Paşinyan sadəcə olaraq 1 ildir ki, müəyyən bəhanələr gətirməklə məşğul oldu. Vaxt udmaq üçün bunu etdi. Yəni, dəhlizin açılması haqqında imzalanan sənədlər var, qarşıya qoyulan tələblər var, Azərbaycan kimi qalib dövlət var. Bu dəhlizin açılması marağı olan Türkiyə, Rusiya, İran kimi güclü region dövlətləri, Avropa dövlətləri var. Cənab Prezident Brüsseldə qeyd etdi ki, hazırda biz NATO üzvü olan 4 dövlətin enerji təchizatına kömək edirik. Bu dəhliz açıldıqdan sonra onların sayı arta bilər. Yəni, bu dəhlizin açılması dünya maraqlarına uyğun gələn bir məsələdir. Burada Ermənistan kimi məğlub, cılız, pis vəziyyətdə olan dövlətin iradəsindən heç bir şey asılı deyil. Dəhliz açılacaq. İndi hələ onlar bir məsələni də tərəddüddə qoymağa çalışırlar, deyirlər ki, avtomobil yolunun açılmasına hələ baxılacaq. Dəmir yolu xətti də açılacaq, avtomobil yolu da açılacaq və işləyəcək. Cənab Prezidentin NATO-nun rəhbərliyi ilə görüşündə səsləndirdiyi fikirlər, eyni zamanda üçtərəfli görüşdə də səsləndirilib, digər görüşlərdə də səsləndirilib ki, əgər Ermənistan bu dəhlizdə hansısa məhdudiyyətlər etmək fikrinə düşsə, deyək ki, gömrük yoxlamaları kimi fikirlərə düşsə, biz də eyni tələbi Laçın dəhlizinə qoyacağıq. Bizim hələ Ermənistana qarşı qoya biləcəyimiz xeyli təsir güclərimiz də var. Artıq bu məsələ həll olunmuş məsələdir. Sadəcə olaraq necə ki, 30 il ərzində Ermənistan danışıqlar prosesində müəyyən problemlər yaradırdı, indi bu bir il ərzində də eyni işlərlə məşğul oldu".
Deputat qeyd edib ki, Ermənistan Brüsselə böyük ümidlə getmişdi, amma istədikləri baş tutmadı:
"Ermənistan Brüsselə çox böyük ümidlə gedirdi ki, guya orada bunları müdafiə edəcəklər, Azərbaycanda qarşı hansısa təzyiq olacaq. Amma bu, olmadı, əksinə oldu. Cənab Prezidentimiz Azərbaycan dövlətinin sülhməramlı mövqeyini ortaya qoydu. Müharibədən sonra bir ildə verdiyimiz bəyanatlar sülhlə, əməkdaşlıqla bağlı, inkişafla bağlı məsələləri prezident səsləndirdi. Bunun qarşısında Ermənistan nə deyə bilər? Heç bir şey".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı